Sosial / Slayd (5-09-2014, 21:46)
“Görün nə qədər pullar xərcləmişik” - Abel Məhərrəmov
Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu rəqmələrin bəzilərini açıqlamaq da istəmirəm, amma bu pulları nəyə görə vermişik. Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəxsisll olub, gəlib öz universitetlərimizdə işləyəsiz”.
Qaynar.info ANS PRESS-ə istinadən xəbə verir ki, bu sözləri “Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu” ictimai birliyinin (ASAİF) 12-Formunda çıxış zamanı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, qeyd edib ki, xaricdə təhsil alan tələbələr ölkəyə geri qayıtmalıdırlar: “Bizim sizə çox böyük ehtiyacımız var. Sizi Bakı Dövlət Univeristetində gözləyirik. Əfsuslar olsun ki, biz sizi göndəririk, geri qayıtmırsınız. Biz sizi göndərmişik ki, gəlib univeristetləri gücləndirəsiniz. Universitetlərdə elmi məktəbləri formalaşdırmalısınız. Universitetlər, akadmeiyalar gücle elmi məktəblərlə güclənir. Bu gün Azərrbaycan indiki kimi şanslı olmayıb. Açıq danışaq, sizdən yaxşı dövrdə yaşayan yoxdur. hər biriniz üçün vəsait ayrılır. Azərbaycanda təhsil iki istiqamətdə aparılır. Biz sizi göndərmişik ki, uzun illər təcrübəsi olan universitetlərdən elmi mühiti azərbaycana gətirəsiniz. Əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm. Universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. Qoyduğumuz pulun dəyərini başa düşmürük. Hara xərcləndi o pullar? Biz sizi universtetə dəvət edik, xaricdə təhil alandan sonra geri qayidın və ali məktəblərlə əməkdaşlıq edin”.
Qeyd edək ki, bu gün “Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu” ictimai birliyinin (ASAİF) 12-Formu öz işinə başlayıb.