Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (30-09-2019, 13:33)
Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər

 Bir neçə gün əvvəl ölkənin bir neçə xəbər portalında "Avromed” Company QSC-nin banisi, millət vəkili Cavanşir Feyziyev barəsində maraqlı məlumat yayıldı.

Çox keçmədən əksər saytlardan sürətlə yığışdırılan bu xəbərdə qeyd olunurdu ki, "Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev hazırda həbsdə olan "Quska” ləqəbi keçmiş deputat Hüseyn Abdullayevdən dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. Bu fakt ölkə gündəmini tez bir zamanda zəbt etdi və məsələdə bir neçə şəxsin, o cümlədən məşhur müğənni Gülyaz Məmmədovanın adı keçdi.

Bu arada millət vəkili Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra "Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb. Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır. (?)

Bizimxeber-ə daxil olan məlumata görə, ölkənin dərman bazarında öz yerini sürətlə itirən "Avromed” rəhbərliyi regionlardakı 10-dan artıq filiallarını mərhələli olaraq bağlamaq qərarına gəlib. Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq bu şirkətlə əməkdaşlığı dayandırır. Hətta bəziləri ilə artıq aylardı əməkdaşlığa son qoyulub.

Həmçinin dərman bazarında keyfiyyətin və qiymətlərin nəzarətə götürülməsi "Avromed”-i çətin duruma salıb. Şirkətə yaxın olan şəxslər iddia edir ki, "Avromed” 1 ildən artıqdır ki, ziyanla işləyir və ancaq bazarda dayanmağa çalışır. Şirkətin əvvəlki nifuzunu bərpa etmək isə mümkün deyil.

Əvəllər ölkə ərazisində fəaliyyət göstərən 2000 aptekin təchizatçısı olan "Avromed” indi bu rəqəmi 500-700 -ə qədər azaldıb. Daha bir qəribə rəqəm isə şirkətin inkişaf dinamikası ilə bağlıdır. Şirkətin illik inkişaf dinamikasındakı rəqəmlər şokedicidir.

Mənbə bildirir ki, hazırda ölkəmizdə onlarla dərman firması fəaliyyət göstərir və "Avromed” bu şirkətlərlə rəqabət apara bilmir. Hazırda "Avromed” öz yerini "Azerimed” derman firmasına uduzub. Bu o deməkdir ki, "Avromed”, "Azerimed” və "Asfarma” kimi nəhənglərin qarşısında duruş gətirə bilməyəcək…



Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər


шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024