Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-02-2017, 12:36)
Deputatın şirkətindən apteklərə zərbə

avromed cavansir f

“Artıq 1 həftədir ki, ölkənin dərman təchizatında əsas monopolist şirkət olan “Avromed” respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəklərinə dərman təchizatını dayandırıb, əksər işçilərini müvəqqəti məzuniyyətə buraxıb”.

Mediatv.az:   Bu barədə AFN-ə daxil olan məlumata görə, faktiki olaraq əksər apteklərdə ən adi və həyat əhəmiyyətli dərman preparatlarına ciddi ehtiyaclar yaranıb: “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic etməklə yanaşı, sabotaj yolunu tutur, bölgələrdə təchiz etdiyi apteklərlə “centlemen razılaşma”lara zidd olaraq aptek şəbəkləri yaratmaqla rəqabət qaydalarını pozur. Hazırda vətəndaşlar dərman qıtlığı ilə üz üzə qalıb, apteklərdə müxtəlif adlı dərmanlara yaranan ehtiyaclar hər gün artmaqda davam edir. “Avromed” şirkəti qeyri-rəsmi informasiyaya malikdir ki, Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq. Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanını itirməməmk naminə əhalini çıxılmaz vəziyyətə salıb. Bu, nə qədər davam edəcək məlum deyil. Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri-sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir, bir qrup oliqarx deputat və məmurlar azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədirlər”.

Qeyd edək ki, “Avromed” şirkətinin rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024