Sosial / Slayd (12-08-2014, 12:30)
Adil Vəliyevin maraqlı tikinti qanunları
Ümumilikdə götürdükdə Bakı və onun ətrafında fərdi mənzil tikintisinin həyata keçirilməsi vətəndaşlara o qədər də asan başa gəlmir
Bunun üçün vətəndaş torpağı pulla satın alsa da, tikinti işlərini həyata keçirmək üçün mütləq yerli İcra Hakimiyyətləriinin Memarlıq və Tikinti şöbələrindən rəsmi icazə almalıdır. Elə mərəkə də bundan sonra başlayır.
Muxbirimizin Sabunçu rayonunda apardığı araşdırmalar nəticəsində ortaya çıxan mənzərə isə olduqca maraqlıdır. Bu rayonda vəziyyət belədir ki, torpaq almaq hər nə qədər baha başa gəlsə də, onun üzərində ev tikmək ondan iki qat bahaya gəlib çıxır. Səbəb isə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qoyduğu qaydalardır.
Məlumatlara görə, hal hazırda Sabunçu rayonunda qəsəbələrdə və kəndlərdə ev tikmək üçün yerli İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən icazə almaq üçün vətəndaşın cibi açıq olmalıdır. Belə ki, vətəndaş bunun üçün üz tutduğu instansiyada ilk olaraq icra başçısının müavinlərindən biri ilə anlaşmalıdır. Bundan sonra Memarlıq və Tikinti Şöbəsinə sənədləri təqdim etdikdən sonra, bazarlıq edilməlidir. Bu bazarlığın mexanizmi isə belədir ki, mənzil tikmək istəyən şəxs inşa edəcəyi evin hər kvadrat metri üçün pul ödəməlidir.Belə ki, bir mərtəbəli kiçik ev tikintisi üçün 5000 manat ikimərtəbəli ev tikintisi üçün isə 10000 min manat ödəniş etməlisən ki, ev tikmək icazəsi alasan lakin bu ödənişə əsasən heç bir qəbz verilmir. Bunula bitməyən haqq hesab davam edərək bələdiyyə və icra nümayəndələrinin şirinlikləri ilə davam edir. Məsələn, əgər vətəndaş özünə qeyri qanuni ev tikmək istəyirsə (gecəqondu) bu məsələ aşağı səviyyədə həll olunur yani icra nümayəndəsi bu tikintiyə icazə verə bilir əlbəttə ki, şirinlik müqabilində. Sakinlər bildirilər ki, hətta icra nümayəndələrinin xüsusi dəstələri var ki, tikinti aparılan ərazilərdə ciddi nəzarət edilir Ödəniş etməyən ev sahibi imkan vermirlər ustalar işləsin. Ustaların əllərindən alətlərini alaraq icra nümayəndəsi ilə haqq hesabdan sonra qaytarılır. Haqq-hesab zamanı icra başçısına çatası bildirilən məbləğ razılaşma yolu ilə həyata keçirilir. Ev tikintisi ilə bağlı toplanan bütün vəsaitlər isə yekunda icra başçısına təhvil verilir və bundan sonra icra nümayəndələrinə paket şəklində dağıdılır. Bu məsələni icra nümayəndəsi ev tikinitsi etmək istəyən şəxsə bildiriblər ki. biz heç bir şey sizdən tələb etmirik, qayda-qanun belədir. Biz alırıq təhvil veririk aylıq paket verilir bizə sadəcə bu qədər. Bu əsnada Sabunçu rayonu ev tikmək şəhərin mərkəzindən hazır ev almaqdan baha başa gəlir..
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024