Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (2-07-2014, 23:18)
Mərkəzi Bankın rəhbəri «KredoBank»ı sıradan çıxara bilər

 

Müşfiq və İsa Vəkilovlar varidatlarını itirmək təhlükəsi ilə üzləşiblər, adı Fətullah Gülənlə əlaqədə çəkilən ata ilə oğulun başı dərddədir

 

«Nurçu»ların lideri Fətullah Gülənin Azərbaycandakı tərəfdarlarının kimliyinə aydınlıq gəldikdən sonra rəsmi instansiyalar səviyyəsində «nurçu»lara qarşı əməliyyat tədbirləri gücləndirilib. Bunun tərkib hissəsi olaraq bir neçə gün öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTN) nəzdində fəaliyyət göstərən "Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəbləri fəaliyyətini dayandırdı.

ARDNŞ bunu Azərbaycan Beynəlxalq Təhsil Mərkəzində yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq atdığını desə də, əslində bu, Fətullah Gülənə vurulan növbəti zərbə idi. Bildirək ki, bağlanan birliyin tərkibində 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksi fəaliyyət göstərirdi. Fətullah Gülənin ölkəmizdəki silahdaşlarına qarşı mübarizə tədbirlərinin davamlı olacağı gözlənilir. "Təzadlar.az”ın məlumatında deyilir ki, «nurçu»larla işbirliyinə adı qarışan bəzi təşkilatların fəaliyyətinə tezliklə xitam veriləcək və rəhbərlərinə qarşı müvafiq tədbirlər həyata keçiriləcək. Fətullah Gülənlə bağlılığı olduğu iddia olunan qurumlardan biri də "KredoBank" ASC-dir. Bankın maliyyə kapitalını hansı formada 50 milyon manata çatdırması, Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun xarici investor deyəndə kim (lər)i nəzərdə tutması barədə faktları ortaya qoymuşduq. Məqalədə Müşfiq Vəkilovun «nurçu»larla əlaqəsi, həmçinin bankın maliyyələşməsində «nurçu»ların lideri Fətullah Gülənin dəstəyinin olması barədə məqamlara toxunmuşduq. «Müşfiq Vəkilovun Türkiyə və Avstriyada böyük biznesi var. «KredoBank»ın maliyyələşməsində «nurçu» amili danılmazdır. Müşfiq Vəkilov tez-tez xarici ölkələrə gedib orda «nurçu»larla görüşüb müəyyən təlimatlar alır. Azərbaycandakı «nurçu»ların əsas maliyyə mənbəyi «KredoBank»dır», deyə yazıda bildirilirdi. Müşfiq Vəkilovun atası İsa Vəkilovla bağlı da bir sıra maraqlı məsələlər ortaya atılıb. Məlumat üçün bildirək ki, İsa Vəkilov əvvəllər Bakıda 8 nömrəli trolleybusun sürücüsü olub. Sürücü işlədiyi vaxtlarda İsa Vəkilov trolleybusla adam vurub öldürüb. Buna görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra isə soyadını dəyişib. Bu hadisəyə qədər onun soyadı Hüseynov olub. Hadisədən sonra familyasını dəyişərək Vəkilov edib. Onun öz soyadından imtina etməsi həmin vaxt Vəkilov soyadının məşhur olması ilə bağlıdır. Yəni İsa müəllim Vəkilov soyadını götürüb ki, heç kim ona dəyib-dolaşmasın. Həbsdən çıxan trolleybus sürücüsü birdən-birə varlanıb. Keçmiş məhbusun necə və hansı yolla varlandığı isə başqa yazının mövzusudur. İddialara görə, Müşfiq Vəkilov da atası kimi məhkumluq həyatı yaşayıb. Amma onlar hansısa yollara baş vuraraq keçmişlərindəki qaranlıq işlərin açıb-ağardılmasının qarşısını alıblar. Ki, karyera nüfuzlarına xələl gəlməsin. Əldə etdiyimiz informasiyaya əsasən Almaniya, Çexiya Türkiyə və Avstriya kimi ölkələrdə nəhəng biznes şəbəkələrinə malik olan Müşfiq və İsa vəkilovların başı dərddədir. Bayaq də qeyd etdiyimiz kimi, onların adının Fətullah Gülənlə əlaqədə hallandırılması ciddi problemlərə səbəb olub. Mötəbər mənbənin dediyinə inansaq, yaxın günlərdə Azərbaycandakı «nurçu»lara qarşı yeni əməliyyatlara start veriləcək ki, bunun əsas hissəsinin «KredoBank»ı da əhatə etməsi proqnozlaşdırılır: «Mərkəzi Bankın İdarə Heyətində «KredoBank»ın lisenziyasının ləğvi məsələsi gündəmə gəlib. Yuxarı orqanlar bankın Azərbaycandakı «nurçu»ların əsas maliyyə qaynağı olmasını artıq anlayıb. Və buna görə də Müşfiq Vəkilovun rəhbərlik etdiyi bankı sıradan çıxarmağa hazırlaşırlar. Hələlik yekun qərar verilməyib, amma yəqin ki, yaxın günlər ərzində bankla bağlı məsələ öz həllini tapacaq. «Nurçu»lara dəstək verməkdə ittiham edilən Müşfiq Vəkilovu ağır cəzalar gözləyir». Qaynağımız vurğulayır ki, vəkilovların başı üzərində dolaşan «qara bulud»lar onların bütün varidatlarını itirməsi ilə nəticələnə bilər: «Metaltökmə zavoduna rəhbərlik edən İsa Vəkilov və oğlu Müşfiq Vəkilov təşviş içindədir. Ata və oğul biznes şəbəkələrinə daxil olan Neftçi Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən 5 ulduzlu, 10 mərtəbəli və dəyəri 150 milyon manatla ölçülən «The Crown» hotelini, Süleyman Rəhimov küçəsi 185 ünvanında yerləşən "Diplomat" hotelini, Süleyman Rəhimov küçəsi 175 ünvanındakı "Karat İNN" hotelini və digər əmlaklarını itirmək təhlükəsi ilə üzləşiblər. Bank fəaliyyətini dayandırsa, vəkilovların nəyi varsa hamısı əllərindən alınacaq».

Onu da qeyd edək ki, Müşfiq Vəkilov zaman-zaman Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun yerinə keçmək iddiasına düşüb. Hətta bir neçə dəfə ölkənin baş bankirinə qarşı səhv hərəkətlərə yol verib. Bu gün isə Elman Rüstəmovun əlinə Müşfiq Vəkilovdan qisas almaq üçün əlverişli fürsət düşüb. Mərkəzi Bankın rəhbəri bundan istifadə edib «KredoBank»ın lisenziyasını ləğv edə bilər. Hər halda hadisələri qabaqlamaq lazım deyil. Müşfiq və İsa vəkilovların gələcək aqibətlərinin necə olacağını görmək üçün bir qədər səbirli olmaq lazımdır.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024