Sosial / Karusel (27-06-2014, 23:19)
http://mediatv.az/dunya/4438-putinden-abbas-abbasova-yeni-missiya.html
Hüseyn Cavid prospektində Yerli sakinlər hər kvaldratmetrə görə 1500-2000 manatın verilməsinə etiraz edirlər
«Bakının Baş Planı» əsasında paytaxtdaxili və Bakıətrafı ərazilərdə xeyli sayda yaşayış obyektlərinin söküləcək. Belə ki, ölkə başçısının tapşırığına əsasən, bəzi ərazilərdə, o cümlədən «Sovetski» və «Kubinka»da azmərtəbəli evlər sökülərək onların yerində çoxmənzilli binaları ucaldılacaq. Artıq «Sovetski»də bir neçə mərhələdə start verilən söküntü işlərinin ilkin mərhəsi Hüseyn Cavid bağının yanından başlayaraq Nərmanov heykəli istiqamətində davam edəcək. Bu işlər paytaxtın mərkəzi hissəsindəki Nərimanov prospektindən başlayaraq Azərbaycan prospektinə qədər, Tolstoy küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan ərazini əhatə edir. Sökülən ərazilərdə yeni yol infrastrukturunun yaradılması, yaşıllıq zolaqlarının salınması planlaşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl Yasamal RİH müavini Səməd İslamov mətbuata açıqlamasında söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyib. Onun dediyinə görə, söküntü və yeni layihələndirmə işləri yerli RİH, Maliyyə Nazirliyi, «Azəryolservis» ASC-nın nəzdində olan «Azərekspert» təşkilatı ilə birgə aparılır: «Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib. Artıq Hüseyn Cavid prospekti 74 ünvanında yerləşən məhəllənin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsi taxta «list»lərlə hasarlanıb. Hazırda ərazidə bir neçə ev sökülüb. Söküntüsü aparılmamış evlərin kənarlarında dərin yarğanlar qazılıb və ərazidə xeyli sayda tikinti materiallarına rast gəlinir.
“Həftə içi”nin əməkdaşı olaraq H.Cavid prospekti 74-cü məhəllədəki evlərin sakinləri ilə həmsöhbət olduq. Öyrəndik ki, bir neçə ay əvvəl evlərin söküləcəyi ilə bağlı yerli sakinlərə xəbərdarlıq edilib. Amma işçi qrupları tərəfindən ölçmələrin və qiymətləndirmələrin düzgün formada aparılmaması və veriləcək məbləğin az təyin edilməsi ev sahiblərini ciddi narazı salıb. Şükufə Sultanova deyir ki, yaşadığı həyətin sahəsi 5 sot olsa da, ölçmə zamanı ərazi 3,33 sot kimi siyahıya alınıb. Onun sözlərinə görə, 2 oğlunun və 2 qızının ailəsi ilə birlikdə 9 nəfərin yaşadığı evin ölçmə işləri divarlardan deyil, otaqların içərisindən aparılıb: «Evimin sahəsi 120 kvadrat metrdir. Əvvəlcə evimizin hər kvadratmetrinə 1500 manat pul vermək istədilər. Amma etiraz etdikdən sonra qiyməti 2000 manata qaldırdılar. Ancaq bu da bizə sərf etmir. Çünki bu evdə 4 ailə yaşayır. Onların hər biri üçün ayrı-ayrı otaqlar var. İndi biz 120 kvadratmetrlik evimizi ən maksimum məbləğlə 240 min manata satsaq, əvəzində 4 ailənin yaşaya biləcəyi neçə mənzil, yaxud ev ala bilərik. Ona görə də bizə sərf etmədiyi üçün evimizi tərk etmək fikrində deyilik. Əgər 4 ailə ev və ya mənzillə təmin edilsə, bizim etirazımız yoxdur, çıxaq gedək».
Eyni həyətdə yaşayan Nəcibə Zeynalova isə bildirir ki, onun 3 otaqlı evinin ərazisi 72 kvadratmetr, qardaşının 3 otaqlı evinin ərazisi isə 147 kvadratmetrdir. Onun sözlərinə görə, hər iki evin bir kvadratmetri üçün 1500 manat təklif ediblər: «Ölçmə işlərini başdansovdu apardılar. Etiraz etdik. Amma bizə məhəl qoyan olmadı. Ona görə də evdən çıxmaq istəmirik».
Şikayətçi vurğulayır ki, qazıntı işləri aparılan zaman sakinlərin rahatçılığı əməlli-başlı pozulub. Evinin bütün otaqlarının divarlarındakı iri çatları bizə göstərən Nəcibə Zeynalova qeyd edir ki, sözügedən çatlar evin arxa tərəfində aparılan söküntü və dərin yarğanların qazılması zamanı yaranıb: «Arxa tərəfdəki 6 evi buldozerlərlə və ekçskvatorlarla dağıtdılar, sökdülər və dərin yarğanlar qazdılar. Dəfələrlə etiraz etdik ki, rahatlığımızı pozmasınlar. Amma faydası olmadı. Əksinə bizə hədə-qorxu gəldilər ki, hər hansı bir dövlət qurumuna şikayət etməyimizin xeyri olmayacaq. 4 nəfərlik ailəmizlə divarları çatlaq olan bu evdə yaşamağa məhkumuq».
74-cü məhəllədə yaşayanlardan onu da öyrəndik ki, həyətin işıqları tez-tez söndürülür. Təbii qaz isə iki gündən bir verilir. Rabitə və telefon xətləri isə tamamilə kəsilib. Su problemi hələlik olmasa da, sakinlər yaxın günlərdə susuz qalacaqlarından da ehtiyat edirlər.
Hüseyn Cavid prospekti 72-də yaşayan Şövkət Həsənova yaşadığı fərdi həyətin ərazisinin 312 kvadratmetr olduğunu, həmin prospektdəki 70/72 ünvanında yaşayan Fərman Sultanov isə 48 kvadrtametrlik 2 otaq və bir mətbəxi olduğunu qeyd edi. Onlar bildirdilər ki, hər kvadratmetrə görə 1500 manat təklif edildiyindən söküntüyə etirazlarını bildiriblər.
Sakinlərlə söhbət zamanı öyrəndik ki, Hüseyn Cavid prospektində söküntü aparılacaq ərazi 960 sotdan çoxdur və oradakı 22 məhəllədə 100-dən artıq ev var. Bundan əlavə, ərazidə maşın təmiri sexləri də fəaliyyət göstərir. Sözügedən sexlərin əraziləri üçün də 1 kvardartmetrə görə 1500 manat pulun veriləcəyi gözlənilir. Ancaq qiymətlər iqtisadi cəhətdən əlverişli olmadığı sexlərin sahibləri də etirazlarını bildirməkdə davam edirlər. Həm onlar, həm də yerli sakinlər işçi qurplarının üzvləri ilə yenidən danışılaqlara başlayacaqlarını və hər kvadratmetrə görə 2000 manatdan artıq pul verilmədiyi təqdirdə, yaxud mənzillə və ya evlə təmin edilmədikləri halda, evlərini və sexlərini təkr etməyəcəklərini bildirirlər.
Yasamal RİH-dən isə deyirlər ki, müxtəlif ərazilər üzrə yaradılmış işçi qruplar ev sahibləri ilə danışıqlar aparırlar. Artıq bəzi mülklərin sökülməsi ilə bağlı razılıq əldə edilib və sənədləşdirmə işləri aparılır. Evləri sökülən əhalinin yeni mənzil almaq üçün 2 ay vaxt verilir. Bu müddət ərzində ev tapa bilməyən vətəndaşlara daha 2 ay icarədə yaşamaq üçün 1000 manat pul veriləcək. Yasamal RİH-də 2 il davam edəcək bu layihə çərçivəsində əhalinin suallarını və şikayətlərini cavablandırmaq üçün operativ mərkəz yaradılıb. Qeyd olunan ərazidə yaşayan istənilən şəxs operativ mərkəzlə əlaqə saxlaya bilər.