Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-06-2014, 17:15)
Əhməd Vəliyevin universitetində etirazlar başladı

Əhməd Vəliyevin universitetində etirazlar başladı

«Köçürmə»ylə gələnlərdən 1500 manat pul istənilməsi tələbələrlə rektorluğu üz-üzə qoyub

 

«Odlar Yurdu» Universitetində tələbələrlə rektorluq arasında münasibətlər gərginləşməyə başlayıb. Xüsusən də «köçürmə» yolu ilə universitetə gəlmiş tələbələrin əsəbləri tarıma çəkilib. Buna səbəb universitet rəhbərliyinin onlardan 1500 manat imtahan və diplom işi pulu tələb etməsidir. 
Məlumatı verən tələbələr qeyd edirlər ki, «Odlar Yurdu»nun rektoratlığı onların diplom müdafiəsini iyunun 20-nə təyin edib. Həmin müddətə qədər daha 4 imtahan verməlidirlər. Və bütün bunlar üçün onlardan 1500 manat tələb olunur. Həmin məbləği isə düzəltmək imkanları olmadığını bildirən tələbələr məsələni bu şəkildə qoymaq fikrində deyillər. Onlar etirazlarını universitet rəhbərliyinə açıq şəkildə çatdırmağı düşünürlər. 
Onlar qeyd ediblər ki, universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayüiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil».
Xatırladaq ki. «Odlar Yurdu» Universiteti deputat Əhməd Vəliyevindir. Bu yaxınlarda deputatın oğlu təhsil nazirinin müşaviri təyin olunub. 
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024