Sosial (11-02-2014, 13:04)
Milli Şura 2085 manat topladı
Fevralın 4-də Milli Şura etiraz aksiyasında iştiraka görə cərimələnən ictimai fəallara dəstək üçün marafon keçirib. “Qafqazinfo” nun məlumatına görə, Milli Şuranın Mətbuat Katibliyi bildirir ki , marafonda toplanan vəsait Vətən torpaqları uğrunda döyüşlərdə əlil olmuş Zaur Həsənovun haqsızlıqlara dözməyib özünü yandırması ilə bağlı 29 dekabr 2013-cü ildə keçirilən aksiyada cərimə edilənlərə dəstək üçün nəzərdə tutulub.
Xatırladaq ki, həmin tarixdə Bakının Fəvvarələr meydanında dinc etiraz aksiyası amansızlıqla dağıdılmış, iştirakçıların bir çoxuna həbs cəzası verilmiş, gənclərin və Qarabağ müharibəsi veteranlarının bəzilərinə isə ağlasığmaz dərəcədə yüksək olan cərimələr kəsilmişdi.
Marafon günü 1915 manat, ondan sonrakı günlərdə 170 manat vəsait toplanıb. Cərimələrin ümumi məbləği isə 6000 manata yaxındır. Toplanan vəsait buna bəs etməsə də, Milli Şuranın Koordinasiya Qurumu toplanan vəsaitin cərimə olunanların hamısının arasında bərabər faizlə bölünməsi barədə qərar verib. Cərimə olunanlarla bağlı məlumatlar yenidən dəqiqləşdirilir və həftə ərzində məbləğlər onlara təhvil veriləcək. Bu haqda ictimaiyyət ətraflı məlumatlandırılacaq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024