Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-01-2017, 19:32)
Bakı meriyasından biabırçılıq... – Hacıbala Abutalıbovun xəbəri varmı?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) saytı yenilənmir. Bu barədə Qaynarinfo.Az-ın araşdırması zamanı məlum olub. 


Belə ki, BŞİH-in rəsmi internet ünvanı – baku.ih.gov.az saytına yerləşdirilən sonuncu məlumat nə az, nə çox, düz 1 il yarım əvvələ aiddir.

“I Avropa Oyunları ərzində Girişə İcazə Vərəqəsi” adlı həmin material sayta 2015-ci il mayın 19-da qoyulub. Saytın ana səhifəsində bundan sonra heç bir məlumat yerləşdirilməyib. 

Hər ehtimala qarşı, internet səhifəsinin digər bölmələrinə də göz atdıq, amma orada da göstərilən tarixdən sonraya aid heç bir materiala rast gəlmədik. 

Azərbaycan paytaxtının rəhbərliyinə məxsus saytın bu rüsvayçı durumu düşündürücüdür. Görəsən, BŞİH-də çalışanlar hansı çağda yaşadığımızı bilirlərmi və fərqindədirlərmi ki, meriyanın rəsmi internet ünvanının bu vəziyyəti əslində həm də onun ümumi fəaliyyəti haqqında da çox şey deyir?!

Ümumiyyətlə isə, bir yandan ölkədə elektron hökumətin qurulmasından danışıldığı halda, digər tərəfdən Azərbaycan paytaxtının rəhbər idarəsinin rəsmi saytının ilyarımdan çoxdur qeyri-işlək olmasına biabırçılıqdan başqa nə ad vermək olar?.. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024