Sosial / Karusel (15-04-2014, 17:06)
Meriya Abutalıbovun çadırda gecələməsi xəbəri ilə bağlı açıqlama verdi
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova BŞİH-nin meri Hacıbala Abutalıbovun Heydər Əliyev sarayının qarşısındakı bağda çadırdan mənzil-qərargah tikdirməsinə münasibət bildirib.
Mediatv.az -ın məlumatına görə, qurum rəsmisi azvision.az-a açıqlamasında bildirib ki, Hacıbala Abutalıbovun adıçəkilən ərazidə çadır qurub, orada gecələməsi yalan xəbərdir: “Gül bayramına hazırlıq ərəfəsində həmişə çadırlar qurulur. Həmin çadırda isə növbətçilər, polislər, bizim işçilər növbətçi kimi gecə də qalırlar. Orada yemək yeyib, su içirlər. Bəs necə olmalıdır? Acından ölməlidirlər? Bu, hər il olur, təzə bir şey deyil”.
Qurum rəsmisinin sözlərinə görə, qurulan çadır bayrama hazırlığı həyata keçirən işçilər üçün nəzərdə tutulub: “Hələ ki, hazırlıq işləri gedir. Bilirsiniz ki, bu hazırlıq bir–iki günün işi deyil. Hacıbala müəllim Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəridir. Bu bayram onun rəhbərliyi ilə keçirilir. Amma bu hazırlıq işləri həmişə olub, çadır həmişə olub. Həmin çadırda isə növbətçilər, polislər olur. Yağışda, küləkdə orada otura bilsinlər. Cavan uşaqlardan kimsə yazırsa, yəqin ki xəbəri yoxdur”.
Bakıda Heydər Əliyev Sarayı və “Qış parkı” bağlandı; Mayın 10-da keçiriləcək Gül bayramına hazırlıqlar başladı
Bir neçə gündür ki, Bakıda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramına hazırlıq işlərinə artıq start verilib. Artıq Heydər Əliyev Sarayının qarşısındakı parkın bir hissəsi piyadaların hərəkətinə bağlanıb.
PİA.AZ-ın məlumatına görə, ərazidə hazırlıq işlərinə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi “Yeni Müsavat”a açıqlamasında bildirib ki, budəfəki bayramın miqyası iki dəfə çox olacaq: “Heydər Əliyev Sarayı və “Qış parkı” kimi tanınan ərazidə Gül bayramını təşkil etməyi planlaşdırırıq. Bir neçə gündür ki, sözügedən parkalarda piyadaların hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda ərazidə güllərin sərgilənməsi üçün stendlərin quraşdırılması davam edir”.
Bakı meriyasının nümayəndəsi bildirib ki, budəfəki bayrama görə, Hollandiya, İtaliya, İspaniya və Avstaliyadan güllər sifariş olunub: “Artıq sifariş olunan güllər yoldadır. Bayrama qədər onlar Bakı şəhərindəki xüsusi soyuducu anbarlarda sxlanılacaqlar. Parkların bəzədilməsinə isə bayramdan iki gün öncə başlanacaq”.
Mərasimin təmtəraqlı olması üçün təşkilatçılıq işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyini deyən meriya nümayəndəsi vurğulayıb ki, H.Abutalıbov sarayın qarşısındakı bağda özü üçün çadırdan mənzil-qərargah tikdirib: “Hacıbala müəllim tez-tez əraziyə gələrək, aparılan işlərlə maraqlanır. Bəzən gecələr də, saatlarla burada qalaraq öz tapşırıqlarını verir. Gül bayramında sərgilənəcək gülləri və dekorasiyaları şəxsən özü seçib. Eyni zamanda bu il bayrama cəlb olunan işçi qüvvəsi iki qat artırılıb”.
Müxbirin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun özü üçün qurdurduğu çadır qərargaha girib, onunla görüşmək istəyi isə heç cür alınmayıb. Gözləməyi məsləhət görən mühafizə polisi merin onunla nahardan sonra görüşə biləcəyini söyləyib.Amma... elə bu məqamda Hacıbala Abutalıbov çadırın arxa tərəfindən çıxıb və maşınına əyləşərək ərazidən uzaqlaşıb...
Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edir. Budəfəki Gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024