Sosial / Slayd (10-05-2014, 13:46)
Məmur balalarına maşın xəbərdarlığı
Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib.
Mediatv.az APA-ya istinadən xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq.
H. Abutalıbov deyib ki, ilin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq.
Bakının mərkəzində nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi barədə suala cavabında BŞİH başçısı bunları deyib: “Bu məlumatlar yalandır. İcra Hakimiyyətinin işçiləri, polislər qanundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, götürülür. Bununla bağlı birinci gün xüsusi sərəncamım olacaq”.
H. Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək.
Onun sözlərinə görə, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcəklər. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq.
Bakıda velosiped yolunun çəkilməsi barədə suallara cavabında H. Abutalıbov geniş küçələr salınandan sonra velosiped yollarının da olacağını açıqlayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024