Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-11-2016, 10:27)
Gədəbəydə "Elba" müəmması

Dövlətdən alınan kreditlər təyinatı üzrə xərclənmirsə...
Mediatv.az:   Gədəbəy dağ rayonudur. Üstəlik cəbhə bölgəsidir. Kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşıb. Rayonda ənənəvi olaraq mövcud olan heyvandarlıq, arıçılıq, kartofçuluq və bağçılıq insanların başlıca məşğuliyyəti olub. Müasir dövrdə isə rayonda bu sahələrin, eləcə də mineral su istehsalının genişləndirilməsi, istixanalar yaradılması, turizm və sair sahələrin inkişaf üçün geniş imkanlar mövcuddur.
Elə dövlət başçısı möhtərəm İlham Əliyev cənablarının bir neçə il əvvəl digər cəbhəyanı bölgələr kimi Gədəbəy rayonuna da xüsusi önəm verməsi, rayona yeni magistral yol çəkdirməsi, burada filiz yataqlarının yenidən dirçəldilməsi sahəsində atdığı addımlar gədəbəylilər tərəfindən çox böyük razılıq hissi ilə qarşlandı. Bu gün rayonda məhz bu sahə və o cümlədən “Gədəbəy Mineral Suları” MMC, qızıl mədənləri normal istehsal fəaliyyətini davam etdirsə də, bir çox sahələrdə sükunət, ətalət hökm sürməkdədir.
Halbuki bir neçə il əvvəl rayonda “Halal Qida” süd emalı zavodu, tərəvəz məhlsullarının tədarükü, saxlanlması və satışı kompleksi tikilib. Kompleksin ümumi dəyəri 4,1 milyon manat təşkil edir.

Bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilib. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Hətta dövlət başçısı bu böyük istehsal müəssisəsinin açılışında iştirak edib. Lakin ölkə başçısının xeyir-duası ilə fəaliyyətə başlayan bu iri kompleksin təəssüf ki, işləri düyünə düşüb.
Tutumu 10 min ton olan soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda yetişdirilən tərəvəzi bu anbarlarda itkisiz, keyfiyyətli şəkildə uzun müddət saxlamağa imkan versə də, fəaliyyətsizlik girdabına düşüb.
Hollandiya texnologiyası əsasında qurulan istehsal sahəsi gündə 5 ton kartof emal etməyə imkan verdiyi halda, bu texnologiyadan hələ ki, faydalanan olmayıb. Burada kartofun yuyulması, çeşidlənməsi, habelə onun qabıqdan çıxarılması, doğranmış formalarda vakuum qablaşdrılması həyata keçirilməli idi. İstehsal olunan süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici bazara da çıxarmaq nəzərdə tutulmuşdu.
Bu layihələrin icrası nəticəsində 74 nəfər işlə təmin olunacaqdı. Gündəlik 10 ton süd istehsal etməli olan süd zavodunda günün tələblərinə cavab verən texnologiya əsasında pendir, qatıq, xama və digər süd məhsulları istehsal olunması isə ancaq arzu olaraq qalır.

Hələ süd zavodunun gələcəkdə “Tetra Pak” şirkətinin avadanlıqları ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz qablaşdırma və daha uzun müddət saxlanma imkanları yaradlacaqdı. Bütün bunlar isə “Gədəbəy” brendi adı altında məhsul istehsalına hesablanmış olsa da, sən saydığını say, gör zavodun qapısından asılmış paslanmış qıfıl nə sayır. Bəli, səhv eşitmədiniz. “Elba” şirkətinin Gədəbəydə göz dağına çevrilmiş bu layihələrinin nə vaxt təyinatı üzrə fəaliyyətə başlayacağı kimsəyə bəlli deyil. Bəlkə də kompleks işə düşəndə artıq avadanlıqlar köhnəlmiş olacaq. Sahibkarlığa Kömək Fondu yenidən kredit ayıracaq yeni avadanlıqlar almaq məqsədilə. (?) Zavod yenə işsizlik girdabında çabalayacaq. Və bu hal sonsuzluğadək davam edəcək. Görəsən bu böyük layihələr niyə gözdən-könüldən uzaq düşüb? “Elba” şirkəti adı var, özü yox istehsalla kimin gözünə kül üfürür görəsən? Dövlətin milyonlarını havaya sovurmağa nə ad vermək olar? Dövlət başçısına beləmi arxa-dayaq olurlar? Rayonda bu böyük məsələ xoşagəlməz söz-söhbətə, rezonansa səbəb olub. Hətta deyilənə görə buradakı müasir avadanlıqlar artıq müxtəlif şirkətlərə icarəyə verilib. İnsanlara iş yeri gərəkdir. Rayon və ölkə iqtisadiyyatına töhfə vermək, respublikanın sayılıb-seçilən brendləri sırasında öz möhürünü vurmaq üçün isə qapıdan qara qıfılı açmaq, qollarını çırmayıb fəaliyyətə başlamaq gərəkdir. Bəs İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu verdikləri kreditlərin hara, necə xərcləndiyi, müəssisələrin gəlir-qazancı, kreditlərin vaxtında qaytarılması ilə maraqlanmalı deyilmi? Axı ölkədə baş verən Beynəlxalq Bankla bağlı kredit qalmaqalı heç hələ səngiməyib. Təbii ki, kreditlərə nəzarət etməli qurumlar artıq digər kredit verən təşkilatlarla da ciddi maraqlanmağa başlayıblar. Sahibkarlığa Yardım Fondunun və “Elba” şirkətinin də adının növbəti qalmaqallarda hallanmasını, kimlərinsə “qara qıfıllı” qaplar, dəmir barmaqlıqlar arxasında olmasını isə heç istəməzdik. İstədiyimiz ölkə başçısına verdikləri vədə əməl etmələri, layihələri reallaşdırmaq üçün əməli iş görmələridir. Hələlik bu qədər…
Yazıda adıçəkilən tərəflərində mövqeyini dərc edə bilərik. (Dağlar.info) 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024