Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-11-2016, 09:33)
Bakı Tikiş Evinin yataqxanasında mənzil davası... - Kim haqlıdır?

Bakı Tikiş Evinin yataqxanasında mənzil davası...
"Bir ay əvvəl evə hücum ediblər, özüm işdə olmuşam, qapını yerindən çıxarıblar, əşyalarımı çölə töküblər. O vaxtdan evin bir küncünə qısılıb, səhərəcən gözümü yummuram”.

Mediatv.az:  Sovetlər dönəmində yüngül sənaye işçilərinin yaşadığı yataqxanadakı 29 saylı otaq qapısız qalıb. Otağın sahibəsi Nərminə Məmmədova elə bu səbəbdən gecələri səhərəcən gözünü qırpa bilmir.

O, azı, 30 il Bakı Tikiş Evində dərzi işləyib. Qabaqcıl işçi kimi, növbədənkənar mənzillə təmin olunması barədə qərar olsa da, ona ayrıca mənzil əvəzinə yataqxanada sahəsi 24 kvadratmetrlik bir otaq verilib. Nərminə xanım da “verən əli geri qaytarmazlar” düşüncəsiylə yataqxana otağına qane olub. O, ailə qurmayıb, özü demişkən, işdən gəlib, qapısını çəkib, sakit həyatını yaşayırmış. Ancaq neçə ildir ki, bu darısqal otağı ona bir az da dar eləyiblər. Bir gün xəbər tutub ki, məhkəmə həmin ünvana Bakı Tikiş Evinin başqa işçisinin də yerləşdirilməsinə qərar verib.

“Bunlara yataqxanadakı 29 “a” saylı mənzilə yaşayış hüququ verilib. Bu yataqxanada bircə 29 saylı mənzil var – mənim mənzilim. Heç bir sənəddə bu mənzilin 29 “a” olması göstərilməyib. Gəldilər, otağı yarıdan böldülər, dedilər, “29 “a” yox idi, indi oldu”. Bu boyda da özbaşınalıq olar?.. Məhkəməni pulla ələ alıblar. Məhkəmə də otağımın yarısını bölüb Şəhri Nurəhmədovaya verib. Otağı ortadan bölüblər, hamam, mətbəx onlardadır, mənə ayaqyolu ilə 5-6 kvadratlıq boş yer qalıb”.

Nərminə Məmmədova deyir, vaxtilə ona verilmiş otaq məhkəmə qərarı ilə ortadan bölünüb. 24 kvadratmetrlik otağın 12 kvadratı ona, 12 kvadratı isə “təzə qonşusuna” verilib:

“Sənəddə yazıblar ki, guya Şəhri Nurəhmədova da bu otaqda yaşayıb. O, 2006-cı ildə fabrikə işə girib, fabrikin rəhbərliyi məndən xəbərsiz ona sənəd verib ki, guya o da bu evdə mənimlə yaşayıb. Ələtdə qeydiyyatda olan ərini, uşaqlarını götürüb gəlib girib evimə”.

Nərminə Məmmədova deyir ki, məhkəmə qapıları döysə də, mənzilinə yerləşdirilən adamları çıxara bilmir:

“Nəsimi rayon və Bakı Apelyasiya Məhkəməsində uduzdum. Çünki fabrikdən məhkəməyə sənəd verilmişdi ki, guya, fabrikdə 30 il yox, az işləmişəm. Mənə fabrikdən iş stajımla bağlı sənədi o vaxt verdilər ki, artıq gec idi, apellyasiyanı da uduzmuşdum”.

Nəsimi rayon Məhkəməsində Nərminə Məmmədovanın iddiası əsasında keçirilən məhkəmədə cavabdeh Şəhri Nurəhmədova deyib ki, Zəngilandan məcburi köçkündür. Bacısı Ziyafət Əsgərova 1987-ci ildən 2003-cü ilədək Bakı Tikiş Evində işləyib. Ona yaşaması üçün Cavadxan küçəsi, 64 saylı evin 29 “a” mənzili verilib (Nərminə Məmmədovanın yaşadığı mənzil nəzərdə tutulur). Həmin mənzildə məskunlaşaraq qeydiyyata alınıblar. O, ailə qurduqdan sonra da həmin mənzildə həyat yoldaşı və uşağı ilə birlikdə yaşamağa davam edib. Düşünür ki, həmin mənzildə qanuni əsaslarla yaşayır. Buna görə də mənzildən çıxarılmalarına dair Nərminə Məmmədovanın iddialarını qəbul etmir.

Polisə düşən qonşular arakəsməylə bölünmüş darısqal otaqda üz-üzə qalan “qonşular” dəfələrlə polisə düşüblər. Hətta məhkəmə Nərminə Məmmədovanı və mənzilin təzə sakini Şəhri Nurəhmədovanı Cinayət Məcəlləsinin döymə maddəsi ilə təqsirləndirərək hər ikisinə cərimə də kəsib.
Nərminə Məmmədovanın fikrincə, Bakı Tikiş Evinin direktoru Nurəhmədovları onun mənzilinə yerləşdirib və... onları üz-üzə qoyub.

Direktor deyir ki... Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov bildirib ki, onun məsələyə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, sözügedən yataqxana 1998-ci ildə fabrikin balansına verilsə də, 10 il sonra balansdan çıxarılıb. Bina hazırda Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024