Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-11-2016, 10:17)
“Dumanda itən” UNEC: Ədalət Muradovun idarəçiliyi sayəsində...

 


 

      3,5 milyonun müəmmalı taleyi, 100-lükdəki ilk 10-luq, Şah Sarayını xatırladan rektorluq və s.

       

   Mediatv.az:  Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə bağlı yazımıza ictimai maraq gözlənildiyindən də artıq oldu. 10 gün əvvəl saytımızda yer alan Ədalət Muradovun idarəçilik prinsipi: Reklam, Reklam yenə də Reklam! sərlövhəli yazıda bu ali təhsil müəssisəsi ilə bağlı redaksiyamıza daxil olmuş məlumatların bir qismindən bəhs etmişdik. O gündən bu günədək demək olar ki, hər gün bu istiqamətdə redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır.

 Öncədən qeyd edim ki, bundan sonra ADİU-ni UNEC olaraq yazmalı olacağıq. Təkcə ona görə yox ki, rektor Ədalət Muradov bu ifadədən xoşlanır, həm də ona görə ki, rektorun bu “yeniliyi” tirajlandıqca müşahidə olunacaq ictimai reaksiyanın da maraqlı olacağı gözləniləndir...    

              Hesablama Palatasının yoxlaması “yuxuları ərşə çəkib”    

 Bu ayın 2-ci günündə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” başlıqlı məqaləsində bu ilin altı ayı ərzində 26,8 mln. manat dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyini qeyd edib:

Hesablama Palatası tərəfindən 2014-2015-ci illərdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müvafiq olaraq 18 mln. manat və 49 mln. manat məbləğində vəsaitin Vahid Büdcə Təsnifatının iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyi müəyyən olunub: “2016-cı ilin altı ayı üzrə isə bu məbləğ 26,8 mln. manat təşkil edib. Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili təyinat dəyişikliyinin daha çox icra prosesində rast gəlinməsi ilə yanaşı, problemin proqnozlaşdırılma dövründə də mövcud olduğunu göstərir. Eyni zamanda vəsaitlərin icrası zamanı təyinatın dəyişdirilməsi bir çox hallarda yenə də proqnozlaşdırma prosesinə əsaslı yanaşmanın tətbiq edilməməsi ilə bağlıdır”.

Bu sitat təsadüf olmadı. UNEC ilə bağlı xeberinfo.com-a daxil olan məlumatlar sırasında Hesablama Palatasının da adı çəkilir. Daha doğrusu Hesablama Palatasının bu ilin sentyabrından UNEC-də apardığı yoxlama və bunun nəticələrindən də bəhs olunur. Belə ki, məlumata görə, Hesablama Palatasının bu ilin sentyabrından UNEC-də apardığı yoxlamalarla 3,5 milyonluq dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb. Əvvəlcə 1 milyon, ardınca da 2,5 milyon manat təmir adı ilə “yoxa çıxıb”. Təmir olunan isə əsas binanın 1-ci mərtəbəsində bir iclas zalıdır: vəssalam.

Bu faktın aşkarlanmasından sonra Hesablama Palatasının bugünlərdə yenidən yoxlamaya start verdiyi bildirilir... Əsas olan isə “yoxa çıxan” dövlət vəsaitinin yerinə qaytarılmasıdır. Məlumata görə Ədalət Muradov bu məbləğin ödənilməsini iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalova və UNEC-in maliyyə departamentinin rəisi Nəsimi İsmayılova tapşırıb. Həm də sərt şəkildə: “əks halda sizi yayda işdən qovulan 9 nəfərin taleyi gözləyir”. Senari eynidir: özü isə o zaman olduğu kimi, indi də xaricdədir-bu dəfə Fransada.

Yeri gəlmişkən, məlumatda o da deyilir ki, rektor prorektorlarına münasibəti də dəyişməkdədir. Əvvəllər xaricə səfər edərkən vəzifəsinin icrasını iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalova həvalə edən rektor bu dəfə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Şahin Bayramova üstünlük verib. Ədalət Muradovun bu seçimi isə UNEC daxilində müxtəlif söz-söhbətlərə yol açmaqdadır...

 Mikayıl Zeynalov                               Şahin Bayramov     

              Differensial əməkhaqqında seçim prinsipləri

UNEC ilə bağlı xeberinfo.com-a daxil olan məlumatlarda differensial əməkhaqqı ilə də bağlı detallar yer alır. Qeyd edək ki, differensial əməkhaqqı da hörmətli rektorun yeniliklərindəndir. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi ilə bağlı zamanında UNEC-dən rəsmi açıqlama da olub: bu sistem artıq 2015-2016-cı tədris ilindən UNEC-də tətbiq olunmağa başlayıb. Bununla da Azərbaycanda ilk dəfə olaraq, məhz UNEC-də professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin obyektiv kriteriyalar əsasında qiymətləndirilməsinə əsaslanan və yetəri qədər də təkmil bir sistem olan differensial əməkhaqqı sistemi işə düşüb. 

Amma,...UNEC-də bu sistemin tətbiqi və işləməsi ilə bağlı qapalı (Bəzən də açıq.) kütləvi narazılıqlar dolanmaqdadır. Differensial əməkhaqqına layiq bilinən 100-lük deyilən bir heyət var. Bu 100-lükdə də ilk 10-luq deyilən kiçik bir heyət. UNEC-dən xeberinfo.com-a verilən məlumatda diqqət çəkən bir fakt var: Türkiyə təhsilinə bağlılıq. İlk 10-luqda yer alan heyət üzvlərinin 7-si Türkiyə təhsillidir. 100-lükdə yer alan heyət üzvlərinin isə əksəriyyəti Türkiyə təhsilinə hansısa formada bağlılığı olanlardır. Ən azı qardaş ölkədə elmi konfranslarda iştirakçı olmuşlar(?)

UNEC rektorunun bu ayr-seçkiliyinin də səbəbsiz olmadığı bildirilir. Bəzi media orqanlarında (kifayət qədər olmasa da) yazıldığı kimi məşhur FETÖ şəbəkəsinin adı hallanır. (Bu haqda qarşıdakı günlərdə geniş yazacağıq.)

                       Rektorluq, yoxsa Şah Sarayı?

Ədalət Muradovun yeniliklərindən biri də “rektorluq” deyilən əsas korpusla bağlıdır. Artıq rektorluğun koridorlarında az qala saatlarla bir kimsə görünmür. Eyni ilə Şah Sarayı kimi sakitlik: koridorun o başında uçan milçəyin səsi belə eşidilir.

İlk baxışdan bu təqdirolunası hal kimi də görünə bilər. Amma,...UNEC-in “Gənclik korpusu” kimi tanınan Həsən Əliyev k. 135 ünvandakı tədris korpusunun pilləkənləri “titrəyişdən dayanmır”. Əsas korpusdakı fakültələrin “Gənclik korpusu”na köçürülməsi dözülməz vəziyyət yaradıb. Müəllim və tələbələrin çoxluğu səbəbindən de-fakto bu korpusun pilləkənlərində hərəkət mümkünsüz hala çatıb.

Rektor isə özünün “Şah Sarayında” bütün bu yaşananlardan xəbərsizcəsinə oturub. 5-3 yaxın ətrafı istisna olmaqla heç kimi qəbul etməyərək...

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mövzunun davamı olacaq.

    Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024