Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-11-2016, 20:16)
“Şərurlu İsfəndiyar”ın yarımçıq obyektləri: sakinləri cana doydurub - FOTOLAR

 

“Şərurlu İsfəndiyar”ın yarımçıq obyektləri: sakinləri cana doydurub -

 

Binəqədi rayonunda problemlər bitmək bilmir. Yağış sularının yuduğu, qrunt sularının batırdığı rayonun ərazisində insanların yaşaması, istirahəti üçün xeyli çətinliklər mövcuddur.
Mediatv.az xəbər verir ki, günlərdir müzakirə mövzusu olan qrunt sularından başqa, rayonda insanları narahat edən daha bir məsələ Binəqədi rayonu ərazisində, “Azadlıq prospekti” metrosunun çıxışında yerləşən parkdır. Bu park insanların asudə vaxtlarını keçirməsi, ərazinin abadlığı məqsədi ilə salınsa da, hazırda sadəcə, yarımçıq tikililərin olduğu yöndəmsiz yola bənzəyir.
Binəqədi sakinlərindən redaksiyamıza daxil olan məlumata görə, park uzunu mövcud olan tikililərdə uzun müddətdir nə işlər başa çatır, nə də  bağlanmış yollar açılmır. Bu kimi məsələlərlə yerində tanış olmaq üçün  ərazidə olduq.
Parkda müşahidə etdik ki, gerçəkdən sakinlərin bildirdikləri kimi, ərazidə xeyli sayda ard-arda tikililər mövcuddur. Söhbət metronun “Azadlıq stansiyası”nın çıxışında yerləşən, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus obyektlərdən gedir. Öyrəndik ki,  İ.Axundova məxsus “Şərur MTK” tərəfindən əsası qoyulan, gələcəkdə istirahət və əyləncə mərkəzi kimi nəzərdə tutulan tikilidə hazırda heç bir iş aparılmır. Tikintinin park və Süleyman Sani Axundov küçəsi tərəfə düşən hissələri dəmir hasarlar vasitəsi ilə əhatələnib ki, bu da insanlar üçün başqa bir çətinlik törədir.
Söhbət etdiyimiz rayon sakini Qulu Kazımov “Yeni Müsavat”a  bildirdi ki, uzun müddətdir hər gün işə bu pakdan keçib gedir: “Burada metronun ”Azadlıq stansiyası" açıldıqdan sonra işimiz rahatladı. O mənada ki, metroya minirdik və istədiyimiz yerə rahat şəkildə gedirdik. Eyni işdən qayıdanda bu parkda da əyləşib,  istirahət edə bilirdik. Lakin sonradan hər tərəfi hasarladılar, təmir adı ilə başladılar obyektlər tikməyə. “Şərur MTK” tərəfindən tikilən bu obyektlər həm yolumuzu kəsib, həm də istirahətimizi əlimizdən alıb. İşi də davam edib bitirmirlər ki, heç olmasa, canımız qurtarsın. Bax, biz yolun digər tərəfinə keçmək üçün ya fırlanıb parkın axırından getməliyik, ya da baş tərəfindən yolu keçməliyik. Bundan əlavə, külək əsən kimi toz, torpaq əlindən buralarda nəyinki, oturmaq, heç keçmək olmur. Özü də bu obyektlərin yerində bir zamanlar ağaclar var idi. Həmin ağacları da kəsib, yerində belə bir tikili ucaltdılar. Bunu da göründüyü kimi tikib başa çatdıra bilmirlər".
Gerçəkdən, biz də müşahidə etdik ki, park ərazisindən Süleyman Sani Axundov istiqamətinə getmək üçün cəmi iki keçid mövcuddur. Tikilinin ətrafı dəmirlər vasitəsi ilə bağlandığı üçün yolun kənarındakı səkilərdən də istifadə etmək mümkün deyil...
Onu da qeyd edək ki, məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Şərur” MTK tərəfindən Azadlıq prospektində ağacların qırılaraq yerində çoxmərtəbəli binaların tikilməsi ilə bağlı araşdırma aparıb. “Şərur” MTK-nın məsul əməkdaşı Fərhad Hüseynov cərimələnib. İnzibatı Xətalar Məcəlləsinin 92.2 maddəsi ilə cavabdehə qarşı 4500 manat cərimə tətbiq edilib...
“Şərur MTK” tərəfindən ucaldılan bu tikili yuxarıda da qeyd etdiyimiz kimi, “Azadlıq metrosu”nun çıxışında yerləşir. Sakinlərin sözlərinə görə, stansiyanın üzərində bu cür ağırlığın olması, metronun keçidlərinə də mənfi təsir göstərib, çökmə təhlükəsi yaradıb. Binəqədinin digər sakini Vəli Osmanov bildirir ki, bununla bağlı sakinlər Bakı Metropoliteninin rəhbərliyinə müraciət də ediblər. Lakin nəticə yoxdur.
Xatırladaq ki, bir zamanlar parkın tikinti aparılan ərazisində çökmə hadisələri baş verdiyi zaman “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mətbuata aşağıdakıları bildirib:
“Azadlıq prospekti" stansiyasında hər hansı çökmə təhlükəsi yaranmayıb. Sadəcə, metro yaxınlığındakı park çöküb və bunun metropolitenə aidiyyəti yoxdur".
“Şərur MTK”nın inşa etdiyi bəhs etdiyimiz tikilidə bir zamanlar bədbəxt hadisə də qeydə alınıb. Belə ki,  ötən ilin 7 aprel tarixində tikintinin 3-cü mərtəbəsində fəhlə kimi çalışan  1994-cü il təvəllüdlü Nahid Əliyev iş zamanı yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla əlaqədar Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Deyilənlərə görə, həmin bədbəxt hadisədən bir müddət sonra tikintinin də necə deyərlər, bəxti bağlanıb və işlərdə fasilələr yaranıb. Tikintidə yaranan fasilələr isə insanların asudə və fasilə vaxtlarını parkda keçirməsinə əngəl olaraq qalır...(musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024