Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-10-2016, 14:45)
“Şərur” MTK Bakı parklarına qənim kəsilib - İDDİA

“Şərur” MTK Bakı parklarına qənim kəsilib
Məlum olduğu kimi, bir müddət bundan əvvəl, daha dəqiq desək, “Bakı Metropoliteni” QSC yaradılandan və Zaur Hüseynov quruma sədr vəzifəsinə təyin olunandan sonra, metronun qadağan olunmuş ərazilərində tikilən obyektlərin söküləcəyi haqda xəbərlər yayıldı.

 

Mediatv.az:  Lakin aradan kifayət qədər müddət keçsə də, bu xəbərlər hələ də öz təsdiqini tapmayıb. Əslində metro stansiyalarına aid olan ərazilərdə tikinti işlərinin aparılması qəti qadağandır. Çünki bu ciddi fəsadlara yol aça bilər. Amma görünən budur ki, bəzi “iş adamları” və xüsusən də “Şərur” MTK-nın rəhbəri (eləcə də məhşur “Holliwood” şadlıq sarayının sahibi) İsfəndiyar Axundov bu kimi qadağaları kimlərinsə dəstəyi ilə asanlıqla keçə bilir. Əgər belə olmasaydı, metronun “Azadlıq prospekti” stansiyasının üstü, ilk zamanlar istirahət parkı kimi nəzərdə tutulmuş ərazidə indi İsfəndiyar Axundovun inşa etdiyi çoxsaylı ticarət obyektləri durmazdı. Xatırlayırsınızsa, bir müddət əvvəl bu obyektlərdən birinin yaratdığı fəsadlar barədə mətbuatda qızğın müzakirələr də gedirdi. Daha doğrusu, vətəndaşlardan biri mətbuata verdiyi açıqlamasında yağış yağan gün “Azadlıq prospekti” stansiyasına girdiyini və müşahidə etdiyi mənzərədən şoka düşdüyünü bildirmişdi: “Divardakı çatlardan axan suyu görəndə qorxuya düşdüm. Çünki bilirəm ki, divar nə qədər möhkəm olsa da, su axdığı yeri yuyur. Ona görə də hər an çökmə ola bilər. “Azadlıq prospekti” stansiyasının bu duruma düşməsinin iki səbəbi ola bilər. Bunlardan biri səriştəsiz görülən tikinti işləridirsə, digəri metro stansiyasının tam üzərində tikilən ticarət mərkəzidir. Belə ki, “Şərur” MTK-nın tikdiyi ticarət mərkəzi metro stansiyasının tam üzərindədir. Bu da stansiyada çatların əmələ gəlməsinə səbəb olub...” Maraqlıdır ki, həmin vaxt metropoliten rəsmiləri “Şərur” MTK-nın tikdiyi ticarət mərkəzinin “Azadlıq prospekti” stansiyasından xeyli aralıda yerləşməsi kimi gülünc bir bəyanat da vermişdilər. Halbuki, həmin ticarət mərkəzi stansiyanın üstündə və tunelə bitişik ərazidə yerləşir.

Digər tərəfdən isə, İsfəndiyar Axundovun “göz dikdiyi” ərazilər sadəcə metro stansiyalarının ətrafı ilə məhdudlaşmır. Redaksiyamıza daxil olmuş növbəti məlumatlardan birində, “Şərur” MTK-nın rəhbəri tərəfindən hətta akademik Zərifə Əliyevanın adını daşıyan parkın da bir hissəsinin alındığı bildirilir. Görün şəhərimizdə məmur özbaşınalıqları hansı bir həddə çatıb ki, artıq Ulu Öndərimizin ömür-gün yoldaşı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın adını daşıyan istirahət parkı belə, “alqı-satqı” predmetinə çevrilib.Aldığımız məlumata görə, hətta İsfəndiyar Axundovla həmin ərazini, yəni parkın bir hissəsini ona satan dövlət məmuru arasında artıq bir insident də yaşanıb. Belə ki, iddiaya görə, İsfəndiyar Axundov aldığı ərazinin müqabilində artıq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müəyyən məbləğdə pul ödədiyini, indi isə, ondan həmin əraziyə görə əlavə olaraq daha 1 milyon manat tələb olunduğunu bəyan edib. Guya ki, məhz bu səbəbdən də “Şərur” MTK-nın rəhbəri artıq həmin ərazini almaqdan imtina edib və əvvəl ödədiyi pulları da geri tələb edir. Halbuki, həmin ərazidə artıq inşaata müəyyən hazırlıq işlərinə də başlanmışdı.

Bundan başqa, redaksiyamıza daxil olan açıqlamada İsfəndiyar Axundovun ümumiyyətlə müəyyən dairələrdə “parklar kralı” kimi tanındığını vurğulayan mənbə bildirir ki, bu “iş adamı”nın paytaxtın bir çox istirahət parklarının ərazilərini aldığı və həmin ərazilərdə yaşıllıqları qıraraq, kommersiya obyektləri inşa etdiyi məlumdur. Həmçinin məlumatda vurğulanır ki, bir müddət bundan əvvələ qədər İsfəndiyar Axundovun bu kimi özbaşınalıqlarına göz yumulmasının əsas səbəbi onun keçmiş MTN rəhbərliyi ilə olan əlaqələri idisə, artıq bu gün də bu halın davam etməsi qətiyyən anlaşılan deyil...

Növbəti sayımızda bu iddialar əsasında apardığımız araşdırmaların nəticələrini sizlərə təqdim edəcəyik.

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ vardır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024