Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-11-2016, 21:00)
“Yaşam Tibb Mərkəzi”ndə özbaşnalıq-ÖZƏL

 

 Bu gün ölkənin səhiyyə sistemində mövcud olan bir çox problemlər də məhz respublikamızda fəaliyyət göstərən özəl klinikalarla bağlıdır. İlk növbədə qeyd olunmalıdır ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Redaksiyamıza daxil olan məlumatlarda "Yaşam" klinikasının fəaliyyətində ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlumatlara görə “Yaşam” klinikasında tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. Klinikanın müasir avadanlıqlarla təshiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. Mediatv.az-a verilən məlumata görə klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar.  "Yaşam" klinikasında çalışan həkimlərin potensialı barədə ümumi təsəvvürü, onlarla klinika rəhbərliyi arasında razılaşdırılmış faiz dərəcələrinə görə də bilmək olar. Belə ki, adətən bilik və təcrübəsi daha çox olan həkimlərə təklif olunan faizlər də yüksək olur.Mediatv.az-a verilən məlumata görə Səhiyyə Nazirliyi tərəfindən, Hepatet və digər infeksion xəstəliklərin müayinəsi və müalicəsi infeksiyon şöbəsi olmayan klinikalarda aparılması qadağan olunub.Lakin Yaşam" klimikasında infeksiyon şöbə olmamasına baxmayaraq  burada bütün növ infeksion xəstəliklərin mayinəsi aparılır. İyirmi gün müddətində Hüseynov soyadlı şəxsdən Hepatet C virusunun müayinəsi məqsədi ilə götrülmış iki müayinənin bir-birini təkzib etməsi burada aparılan analizlərin nə səviyyədə olduğunun göstəricisidir. Birinci dəfə analizin cavabları "təmiz", ikinci dəfə isə vətəndaşın Hepatet C virusunun daşıyıcısı olduğu bildirilir. Hüseynov soyadlı şəxsdən Hepatet C virusunun müayinəsi məqsədi ilə 115 manat pul alınsa da heç bir çek verilmir. Yəqin ki vətəndaşlardan alınan pulların kassa aparatına vurulmamsından hörmətli vergi müfəttişlərinin xəbəri yoxdur. "Yaşam" klinikasında xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilməməsi və vergidən yayınma hallarının olması, eləcə də klinikada laborator müayinələr zamanı qoyulan diaqnozların əksər hallarda səhv olması barədə daxil olmuş informasiyalar bu klinikada aidiyyatı təşkilatların araşdırma aparmalı olduğunu deməyə əsas verir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024