Sosial (1-11-2016, 21:14)
Samir Şərifovun kadrının Yevlaxda gestapo rejimi - İTTİHAM VAR
Mediatv.az: Daxil olan məlumata görə, 15 il Bərdədəki idarəni talan etmiş Rza Əliyev əməllərini Yevlaxda davam etdirir. R.Əliyev Maliyyə Nazirliyindəki hamiləri hesabına sistemdən kənarlaşdırılmayıb. Bərdəni Yevlaxla əvəzləyən idarə rəisi büdcə pullarının xımır-xımır yeyilməsi üzrə peşəkar maliyyəçidir. Onun Bərdədə rəis olduğu dövrdə fəaliyyətini Hesablama Palatası ifşa edib. Amma faydası olmayıb. R.Əliyev Palatanı saymır və indi də Yevlaxda ənənəsinə sadiqdir. Mənbə qeyd edir ki, maliyyə idarəsinin rəisi rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda "vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. Abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. Daxil olan məlumata görə, R.Əliyev Bərdədə maliyyə idarəsi olduğu dövrdə bütün idarə və müəsissə rəhbərləri onun icazəsi olmadan işə adam qəbul edə bilmirdi. Bildirilir ki, Rza Əliyevin icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olurmuş. Belə ki, maliyyə idarəsinin müdiri onun qanunlarını tapdalayan həmin idarə müdirini uzun müddət get-gələ salmaqla bərabər, dövlətdən ayrılan vəsaitləri istədiyi vaxta qədər gecikdirə bilirmiş. Bu isə idarə müdirləri üçün ciddi problemə çevrilirmiş. Maliyyə naziri Samir Şərifovun onun hərəkətlərində xəbərdar olub-olmadığı haqda səhih bilgi yoxdur. Ancaq Rza Əliyevin Bərdədə büdcə təşkilat rəhbərlərinə təzyiqi bununla bitmirdi. Hər bir idarədəki "ölü can"lar üçün Rza Əliyev öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin "belini "qırırmış. Məhz bu cür metodlarla büdcə rəhbərlərini daimi təzyiq altında saxlayan Rza Əliyev onlar üçün qorxulu kabusa çevrilmişdi. Bu gün də Yevlaxda kabusa çevrilən maliyyə rəisi oliqarx kimi yaşayır. İddialarla bağlı onun mövqeyini dərc etməyə hazırıq.
