Sosial / Slayd (6-09-2016, 18:16)
Bərdənin icra başçısı ifşa edildi - ŞOK
Vidadi İsayevin Rza Əliyev problemi: Hesablama Palatası icra başçısına böyük problem yaradıb
Mediatv.az xəbər verir ki, Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Elə bir həftə olmaz ki, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunmasın. Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə RİH nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Dosye.az-ın elektron ünvanına daxil olan yeni informasiyalar da Vidadi İsayevin Bərədədə reallaşdırdığı ən yeni sərgüzəştlərlə bağlıdır. Qeyd edək ki, Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb. Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, bu günlərdə Bərdə rayon Maliyyə İdarəsindən Yevlax rayon Maliyyə İdarəsininə rəis kimi transfer olunan Rza Əliyevin maliyyə maxinasiyalarını Bərdə rayonunda Hesablama Palatası aşkar edib. Və bundan dərhal sonra Rza Əliyevin iş yeri dəyişdirilib. Bu təşəbbüs birbaşa Vidadi İsayevdən gəlib. İcra başçısının “qara kassası” sayılan Rza Əliyevin qəfildən iş yerini dəyişməsi Hesablama Palatasının Bərdə rayon Maliyyə İdarəsində 1 milyon manata yaxın yeyintinin üzə çıxarılmasından sonra baş verib. Məlumatda deyilir ki, Rza Əliyevin Vidadi İsayevin bütün maxinasiyalarından və gizli işlərindən xəbəri olduğu üçün icra başçısı onu qorumağa məcbur olub. Belə ki, Rza Əliyevlə Vidadi İsayevin Goronboy rayonunda qonşu villalara sahib olduğu deyilir. Bundan Əlavə Gəncəbasar zonasında bu ikilinin şəri biznesə də sahib olduğu iddial edilir. Bərdə rayonunda baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir.