Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (27-05-2014, 21:37)
İcra başçısının məmurlardan "rüşvətalma siyahısı" açıqlandı - SİYAHI

 

Büdcə təşkilatlarının rəhbərləri dövlətdək mənimədikləri vəsaitlərin təxminən yarısını rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə verirlər. Bu bütün rayonda fəaliyyət göstərən idarə və müəssisələrə istisanasız aiddir. Bundan icra başçısının rayonda fəaliyət göstərən biznes strukturlarından özəl sektordan da aylıq aldığı idda olunur.

Bu barədə Bərdədən daxil olan məlumatda bildirili r ki, icra başçısının ucdan tutma, hətta kiçik iş adamlarının belə qazancına şərik olması Bərdədə əhali arasında narazılığın əsas səbəblərindən biridir. Eyni zamanda bildirilir ki, icra başçısının bütün idarə və təşkilatlardan aylıq alması Bərdədə idarə müəsissələrin korrupsiya bataqlığına düşməsinin də əsas səbəblərindən biridir. Hətta məsələ o yerdədir ki, mənbəninin iddisına görə Vidadi İsayev özünə bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd edir.
Məhz buna görə də icra başçısı idarə müdirlərinin hər ay dövlətdən nə qədər vəsait mənimsədiklərini, və ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir. Mənbənin iddiasına əsasən artıq 1 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki,  məlumata əsasən 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov başçıya ayda 3 min manat (həyata keçirilən yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid olan Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri  Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər.
Mənbənin iddasına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid olan idarələrin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq Vidadi İsayevə çatdırır. Həmçinin daxil olan məlumatda göstərilir ki, Bərdə Suvarma Sistemləri İdarəsi rayonda ən çox korrupsiyalaşmış müəssisələrdən biridir. Idarə müdiri Natiq Əhmədov Bərdədə ən imkanlı məmurlardan biri sayılır.
Qeyd edək ki, Bərdə Suvarma Sistemləri İdarəsində həyata keçirilən korrupsiya maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları növbəti sayımızda oxucularımıza təqdim edəcəyik.
Məlumatda vurğulanır ki, Vidadi İsayevin əsas qazanc mənbələrindən biri də  Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevlə həyata keçirdiyi maliyyə maxinasiyalarıdır.  Məhz icra başçısı bərdə şəhərində həyata keçirilən abadlıq, tikinti, təmir işlərindəki maliyyə maxinasiyalarını Əli Fərzəliyevin vasitəsi ilə həyata keçirir. Bərdə şəhərində Əli Fərzəliyevin həyata keçirdiyi tikinti, təmir işlərində həyata keçirdiyi maliyyə maxinasiyaları yaxın günlərdə oxuculara təqdim edəcəyik…
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024