Sosial (21-10-2016, 16:24)
AQRAR UNİVERSİTETİNDƏ QARABAĞ HƏQİQƏTLƏRİ MÜZAKİRƏ EDİLDİ
Azərbaycan Dövlət Aqrar Universitetində “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı tədbir keçirilib. Universitet rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müzakirə mövzusu Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində ölkədə və xaricdə davamlı tədbirlərin keçirilməsi olub.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən bildirilib ki, universitetin iqtisadiyyat korpusunda keçirilən tədbiri İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov açıb. Deyib ki, bu cür layihələr və tədbirlər əslində bizim vətən sevgimizdən qaynaqlanır və yetişməkdə olan nəslə Qarabağ həqiqətlərinin öyrədilməsində, eləcə də dünya miqyasında təbliğ etmələrinə stimul yaradır.
Layihənin rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yadım İctimai Birliyinin sədri Radə Abbas mövcud layihə haqqında geiş məlumat verib. Bildirib ki, bu layihənin əsasən Amaniya, İsveç və Hollandiyada həyata keçirilməsi nəzərdə tutulub.
Tədbir müddətində universitetin müəllimlərinə, tələbə gənclərinə Qarabağın tarixi, mədəniyyəti, ərazisi haqqında zəngin məlumatlar verilb. Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən törədilən vəhşiliklər, tarix-mədəniyyət abidələrimizin məhv edilməsi və bunun dünyaya ötürülməsinin vacibliyi tələbələrin nəzərinə çatdırılıb.
Hollandiyadan tədbirə dəvət alan “Avrasiya Türk Dünyası Qadınlar Birliyi Niderland İctimai Birliyinin sədri Fatma Aktaş isə qaldırılan məsələdə qadınların rolundan, Azərbaycanın Türk dünyası ilə yaxınlığının gələcək gözəl nəticələrindən danışıb, ölkədə tərəfdaş təşkilat olaraq Müharibə Veteranı Qadınlarına Sosial Yadım İctimai Birliyinin sədri Radə Abbasla həyata keçirilən layihələrin Ermənistan tərəfindən girov götürülən Azərbaycan qadınlarının müdafiəsi ilə əlaqədar olduğunu bildirib.
Sonda layihə rəhbəri Radə Abbas tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib, layihənin icrasının Avropada davam etdiriləcəyini bildirib
