Sosial (6-05-2016, 10:51)
Aqrar Universitetində Şuşanın işğalının 24-cü ildönümü ilə əlaqədar tədbir -FOTOLAR
24 İLDİR ŞUŞA İŞĞAL ALTINDADIR
Mediatv.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və Multikulturalizm” kafedrası Şuşanın işğalının 24- cü ildönümü ilə bağlı dəyirmi masa keçirib.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Azad Bayramov açıb və qeyd edib ki, mənfur ermənilər öz havadarlarının köməyindən istifadə edərək Azərbaycanın ən dilbər guşələrindən biri olan Şuşanı işğal etməklə orada olan maddi-mədəniyyət abidələrimizi, xalqımızın milli-mənəvi dəyərlərini də darmadağın edb, ağır faciələrə yol açıb. Şuşanın işğal tarixini bir daha yada salmaqda məqsəd tarixi unutmamaq və bundan ibrət dərsi götürməkdir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik olan şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı ilə başa çatdırılıb.
Baş müəllim A. Axundov, S.Qasımova, müəllim S. Abdullayeva və E. Aslanov isə Şuşanın işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb. Qeyd ediblər ki, bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü Azərbaycan dövləti var. Aprel ayının əvvələrində Azərbaycanın Milli Ordusunun öz hərbi qüdrətini nümayiş etdirməsi, Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi və əhali arasında milli ruhun yüksəlməsi onu göstərdi ki, tezliklə işğalda olan torpaqlarımız düşmənlərdən azad olunacaq.
