Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-06-2014, 23:16)
Avstraliya universitetində Azərbaycan guşəsi yaradılıb

 

Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti haqqında informasiya guşəsi yaradılıb. Guşədə həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib, Xocalı faciəsini əks etdirən şəkillər, ümumiyyətlə, xalqımızın üzləşdiyi bu problemə dair kitab və broşuralar yerləşdirilib.

Bütün bunlar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə çərçivəsində reallaşıb. “Həftə içi”nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihənin əsas məqsədi Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda çəkdiyi əsərlərdən ibarət sərgi təşkil etmək, həmçinin, Melburndakı Deakin Universitetində Dağlıq Qarabağ münaqişəsini əks etdirən guşə yaratmaq olub.

İyunun 15-dən başlayan sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın rəsmləri nümayiş olunur. Deakin Universitetinin kitabxanasında sərginin rəsmi təqdimat mərasimi keçirilib. Əvvəlcə Azərbaycan haqqında qısa tanıtım filmi nümayiş olunub. Sonra “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva layihənin məqsədi, eləcə də əsərləri nümayiş olunan rəssamlar haqqında ətraflı məlumat verib.

Deakin Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin məsləhətçisi Li-Ann Armitaj isə çıxışında bu cür tədbirlərin xalqlar arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib. 
Sərgiyə gələnlər Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı genosidi haqqında məlumatlarla Azərbaycan haqqında xüsusi guşədə tanış olublar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024