Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-10-2016, 16:47)
Kürdəmirdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - FOTOLAR

Kürdəmirdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - FOTOLAR

 

Oktyabrın 19 - daKürdəmirrayon İcraHakimiyyəti, DiniQurumlarla İş üzrə DövlətKomitəsi, KürdəmirrayonPolis İdarəsininvə DTX-ninKürdəmirrayon İdarəsininbirgə təşkilatçılığı ilə rayonunTəhsil şöbəsində “Diniradikalizmdiniekstremizmvə onunfəsadları” mövzusundatədbirkeçirilib.

      Mediatv.az xəbər verir ki, tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bu gün narahat edici məsələlərdən birinin də dini ekstremizm olduğunu, ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.

Tədbirdə “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcklərini, yeniyetmələrin taleyinə cəmiyyətin ümumilikdə məsul olduğunu vurğulayıb.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov “radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzusunda çıxışlar ediblər.

 

İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

Kürdəmirdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - FOTOLAR
Kürdəmirdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025