Sosial / Slayd (5-05-2014, 12:26)
Ziya Məmmədov oğluna görə danlanılıb?
Nəqliyyat naziri ilə PA-da “profilaktiki söhbət” aparılıb: “Mediaya girməyəcəksiniz”
Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov heç kəsin gözləmədiyi halda yeni media layihəsi ilə gündəmə gəldi. Əslində bununla bağlı əvvəllər də müəyyən söz-söhbətlər dolaşır, amma nəhayətdə bu söhbətlər təsdiqlənmirdi. Təzminən 1 ay bundan öncə isə Anar Məmmədovun media projesinin ciddi şəkildə həyata keçirildiyinə dair rəsmi şəkildə açıqlama verildi.
Bununla bağlı mediaya danışan Anar Məmmədovun sözçüsü bəyan etdi ki, “Qarant Media Holdinq” adlı qurum yaradılıb və bu qurumun tərkibinə bir sıra media quruluşlarının daxil olacağı gözlənilir. Media quruluşunun fəaliyyətə başlayacağı konkret tarix də açıqlanmışdı-25 aprel. Amma göründüyü kimi, vəd olunduğu tarix keçsə də nazir oğlunun media projesindən hələ də xəbər yoxdu.
Daha sonra müəyyən problemlər üzündən bir qədər gecikmə olduğu haqda yeni rəsmi açıqlama gəldi və holdinqin may ayı ərzində fəaliyyətə başlayacağı bildirildi. Amma savash.org-a daxil olan məlumatlarda iddia olunur ki, nazir oğlu projesini may ayında da reallaşdıra bilməyəcək. Buna səbəb isə həmin layihəyə ən üst səviyyədən “stop” komandasının verilməsidir.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, ötən ayın sonlarında Ziya Məmmədov Prezident Adminstrasiyasına dəvət olunub və orada nazirllə “profilaktik söhbət” olub. Nazirə açıq şəkildə bildirilib ki, oğlu tərəfindən başladılan media projesi heç də müsbət qarşılanmır və bundan sonrakı qərarın necə olacağı yalnız onun özündən asılıdır. Nəqliyyat naziri isə həmin söhbətdə həmin layihəni dayandıracaqlarına dair öhdəlik götürüb.
Mənbə eyni zamanda bildirib ki, Ziya Məmmədov oğlunun media şəbəkəsi yaratmasını “yuxarılarla” razılaşdırıbmış, amma hansısa səbəbdən sonradan həmin projeyə “yox” deyilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024