Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-10-2016, 13:13)
Əlil uşaqların haqqını kimlər və necə “yeyir”?

 

Əlil uşaqların haqqını kimlər və necə “yeyir”?: ÖZƏL

 

2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsində

 

Mediatv.az:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 Sosial Xidmət Müəssisəsi fəaliyyət gösrərir. Onlardan 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsi Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində, 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsi isə Abşeron rayonu Saray qəsəbəsində yerləşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytında yer alan məlumatda qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Başqa sözlə ƏƏSMN-nin rəsmi məlumatına görə, hər iki internat evində yaradılan yüksək şaraitin səbəbkarı Mehriban xanım Əliyevadır. Nazirliyin fəaliyyəti isə yəqin ki, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, idman və musiqi zalları mövcud olan müəssisənin normal fəaliyyətini təmin etmək, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsidir.

Məhz elə bu istiqamətdə xeberinfo.com-a isə şübhələrə yol açan ciddi məlumatlar daxil olub. Məlumata görə 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsi ilə Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olan “Alona” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  arasında şəffaflığı şübhə doğuran maliyyə əməliyyatları həyata keçirilib.  Zaqatala rayonu Danaçı kənd sakini Fuad Bəhrəmovun 5 manatlıq MMC-si 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsinə 11 380 manatlıq dəftərxana və təsərrüfat malları satıb və bu sahə üzrə xidmətlər göstərib(?) Bundan başqa Fuad Bəhrəmovun 5 manatlıq MMC-si müəssisəyə 11 700 manatlıq inventarlar satıb, nəqliyyat xidmətləri də daxil olmaqla idarənin xərclərinin və sair xərclərin satın alınması adı altında müəmma doğuran maliyyə əməliyyatları aparıb. Bütün bu anlaşmaz əməliyyatlara isə 40 min manatdan artıq büdcə vəsaiti sərf olunub.

“Alona”  MMC-nin məlum imkanlarını və reallaşdırdığı bu əməliyyatları nəzərə alsaq, meydana saysız suallar çıxmış olur. Başqa sözlə burada hansısa qaranlıq əməliyyatlar söz konusudur. Elə isə Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin məsul şəxsləri bu məsələyə aydınlıq gətirməyə borcludurlar. Ən azı hər bir ölkə vətəndaşının büdcə vəsaitlərinin hara və necə xərclənməsini bilmək haqqı var.   

Mövzunun davamı olacaq.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024