Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-08-2014, 18:40)
“Xəyallarımızın rəsmlərdəki tərənnümü”

Bakıda sağlamlıq imkanları məhdud gənclərin rəsm və əl işləri sərgisi keçiriləcək

 

  Bakıda sağlamlıq imkanları məhdud gənclərin “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusunda rəsm və əl işləri sərgisi keçiriləcək. 
Layihənin koordinatoru Xədicə Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə 20 avqustda reallaşacaq.
Sərginin məqsədi fiziki məhdudiyyətli gənclərin bacarıqlarını nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, layihə iştirakçısı olan gənclərdə stimul yaratmaqdır: “Sərgidə, o cümlədən iştirakçıların əl işlərinin satışı da həyata keçiriləcək. Satışdan əldə edilən vəsait sərgidə əsərləri nümayiş olunan fiziki məhdudiyyətli gənclərə təqdim olunacaq. Bu da gənclərin maddi vəziyyətinə də qismən yardımçı olmaq məqsədi daşıyır”
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı keçən gənclər öz xəyallarındakı reallıqları, fikirlərində qurduqları gələcəklərini əl işləri, çəkdikləri rəsmlər, düzəltdikləri ağac üzərində oyma nümunələri vasitəsilə sərgiyə maraq göstərən hər kəslə bölüşəcəklər. Onlar bu sərgidə insanlara nümayiş etdirdikləri əl işləri ilə sübut edəcəklər ki, heç də digər insanlardan fərqlənmirlər. İştirakçı gənclər özlərini tək olmadıqlarını, gələcəyə və bu günə lazımlı şəxslər olduqlarını hiss edəcəklər. Bəlkə onlar bu sərgidə kəşf olunacaq və gələcəyin tanınmış rəssamları sırasına daxil olma şansı qazanacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin gənclərə, dövlətçiliyin və gəncliyin inkişafına yönülü görülən tədbirlərin nəticəsi olaraq atdığı addımların nəticəsində bu cür layihələr keçirilir. Dövlətimizin yürütdüyü uğurlu siyasətdən irəli gələrək keçirilən sərgi dövlətimizin xüsusi qayğı ilə diqqətdə saxladığı əlilliyi olan gənclərə qayğını hiss elətdirmək, bu insanların cəmiyyətə, cəmiyyətin digər nümayəndələrinin isə onlara baxış tərzlərini düzgün istiqamətləndirmək və bu gənclərdə “Yaratmaq” motivasiyasını artırmaq vəzifələrinə xidmət edən layihədən gənclərin mənəvi zövq və xoşbəxtlik qazanması, sərgi vasitəsilə onların kəşf olunması, cəmiyyətə inteqrasiya yönündə atılan addımlardan biri olaraq fiziki məhdudiyyətli gənclərdə bu prosesin sürətləndirilməsi kimi uğurlu nəticələrin əldə olunması gözlənilir. 
Sərginin 2014-cü ilin avqust ayının 20-də saat 18:00-dan etibarən başlanması nəzərdə tutulub. Filarmoniya bağının giriş hissəsi sərginin keçirilməsi üçün məkan kimi seçilmişdir. Sərgidə yüngül qidalar və əsasən içkilərdən ibarət furşet də olacaq. Tədbirə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri, və digər qurumlardan rəsmi nümayəndələrin iştirakı nəzərdə tutulub. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024