Siyasət / Slayd (14-04-2014, 21:27)
Ziya Məmmədovun səlahiyyətləri alındı, Abutalıbova daha bir etimad göstərildi
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılacaq. Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib.
Qərar Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə verilib.
Qərara görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılacaq.
Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30,0 (otuz) milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyi bu qərarın 2-ci hissəsi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil ediləcək.