Sosial / Karusel (29-04-2014, 17:00)
Şəmsəddin Hacıyevin qızı və qudası işdən çıxarıldı - ÖZƏL
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiqrektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, Dövlət İqtisadUniversitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevinuniversitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdənçıxarıb: «Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşınınqudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanıMüzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmişrektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini vəUniversitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb».
Məsələ ilə bağlı Ş.Hacıyevlə əlaqə yaratmaq mümkün olmayıb.Sabiq dekan Müzəffər Məmmədov isə mobil telefonuna edilən zəngə cavab verməyib.
Tərəfləri dinləməyə hazırıq.