Sosial / Slayd (22-04-2014, 22:15)
Kəmaləddin Heydərovla Ziya Məmmədovun adamları dalaşdı
Ötən gün Bakıda Babək prospektində baş verən yol çöküntüsünün nəticələrinin aradan qaldırılması zamanı iki nazirliyin əməkdaşları arasında dava düşüb. Hadisə şahidlərinin GUNXEBER.COM-a verdiyi məlumata görə, hadisə yerində işləyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları orada olan Nəqliyyat Nazirliyinin işçilərindən ərazini tərk etmələrini tələb ediblər. NN-nın işçiləri isə bildiriblər ki, onların yola nəzarət etmək hüquqları var və FHN-nin əməkdaşlarının tələbləri yersizdir. Bundan sonra tərəflər arasında mübahisə başlayıb və qısa müddətdən sonra davaya çevrilib. İki nazirliyin əməkdaşlarını hadisə yerində olan başqa qurumların nümayəndələri sakitləşdiriblər.
Qeyd edək ki, son vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun münasibətləri son dərəcə kəskinləşib.
Bu nazirlər nəzarətlərində olan saytlarda bir-birilərinin əleyhinə sərt yazılar yazdırırlar.
Görünür iki nazirin az qala düşmən münasibəti onların rəhbərlik etdikləri qurumların əməkdaşlarının münasibətlərinə də sirayət edib.