Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel / Slayd (31-05-2016, 21:22)
ADPU-NİN ZAQATALA FİLİALINDA ABU SINDROMU-ÖZƏL

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Özəl ali məktəblərin ,eləcə də filialların bir neçəsində təhsilin durumu olduqca aşağı səviyyədədir. Bu, danılmaz faktdır və yəqin ki, oxucularımız da bizimlə razılaşar ki, bu gün özəl universitetlərin bir neçəsi eləcə də filialların əksəriyyəti çirkab yuvasına çevrilib. Təsadüfi deyil ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tez-tez ali təhsil ocaqlarında rüşvət yoxlamaları aparır və bunun da nəticəsində bəzi vəzifəli şəxslər həbs edilir. Yaxın keçmişə nəzər salsaq görərik ki, ölkənin  təhsil sistemində ən böyük özbaşınalıqların, qanunsuzluqların əsasını hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universiteti (ABU) qoyub. Keçmiş rektor Elşad Abdullayevin rəhbərliyi altında sözügedən universitetdə qanun pozuntuları adiləşmişdi. Bunu nəzərə alan aidiyyəti dövlət qurumları ABU-nun fəaliyyətini dayandırması barədə qərar çıxardılar.  ABU-nin və AMİ-nun Gəncə filialının bağlanması qanundankənar qəbul aparan filial direktorların işinə təsir edəcəyi gözlənilirdi. Amma bəzi filiallarda  hələ də neqativ hallar müşahidə olunmaqdadır. Bunlardan biri də Azərbaycan Dövlət Pedoqoji Universitetinin Zaqatala filialıdir . ADPU-nin filialları arasında ən aşağı reytinqə malik olan Orucəli Rzayevin rəhbərlik etdiyi Zaqatala filialında dəhşətli qanunsuzluqlar üzə çıxmaqdadır. 

   Beləki filialın direktoru,müavini Fizuli Səddinovla əlbir olub "toruna düşən"valideyinləri 

aldadaraq qəbul adı altında pulunu alırlar.Mediatv.az-a verilən məlumata görə adları çəkilən cütlüyün "toruna düşənlərdən" biri də Ağdaş rayon sakini İ.Həsənov olub.Şikayətçinin Mediatv.az-a verdiyi məlumata görə Orucəli Rzayev aldıqları 6000 ABŞ dollarını qısa müddətə qaytaracağına söz verib.Verdiyi vəddən müəyyən vaxt keçməsinə baxmayaraq pul tam ödənilməyib.Redaksiyamıza verilən məlumata görə Mediatv.az saytında Orucəli Rzayev və müavini Fizuli Səddinovun qanuna zidd,testdən kənar qəbul aparmaları ilə bağlı yazı dərc olunduqdan sonra ADPU-in Zaqatala filialının qarşısına gələrək pulunu tələb edənlərin sayı çoxalmağa başlayıb.

   Verilən məlumata görə Orucəli Rzayev və Fizuli Səddinov çıxılmaz duruma düşüb.

   Qeyd edək ki,  Bir vaxtlar Elşad Abdullayev də bu işləri görürdü.

 Yaxşı olardı ki, Təhsil Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndələri, direktor Orucəli Rzayevin fəaliyyətini dərindən araşdırıb onun hansı özbaşınalıqlara zəmin yaratmasını aydınlıq gətirsinlər. Yoxlamaların sonunda direktorun və müavinin həbsi məsələsi də gündəmə gələ bilər. Bizim borcumuz əlaqədar dövlət qurumlarını xəbərdar etməkdir. Bir vaxtlar ABU ilə bağlı dərc olunan məlumatlara da lazımi münasibət bildirilmirdi. Universitetin keçmiş rektoru Elşad Abdullayev layiqli cəzasını almadığı üçün indi xarici ölkələrdə oturub Azərbaycanın əleyhinə əsassız fikirlər səsləndirir.ADPU-in Zaqatala filialında hökm sürən ab-hava ikinci ABU sindromuna sanki bir xəbərdarlıqdır...

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024