Sosial / Slayd (26-04-2016, 14:06)
FİLİALDA BAŞ VERƏN KORRUPSİYA HALINDAN ORUCƏLİ RZAYEV XƏBƏRSİZDİRMİ?-ÖZƏL
Bir neçə gün öncə Mediatv.az saytında ADPU-in Zaqatala filialında baş verən özbaşınalıqlar,testdən kənar tələbə qəbulu ilə bağlı daxil olmuş müraciət əsasında "Orucəli Rzayevin bazara çevirdiyi təhsil ocağı" sərlövhəli yazı dərc olunmuşdu.Həmən yazıda ADPU-in Zaqatala filialında prorektor işləyən Fizuli Səddinov, Ağdaş rayon sakini İ.Həsənovu aldadaraq övladını tedstdən kənar filiala qəbul etdirmək adiyla 6000 ABŞ dolları pulunu alıb.Fizuli Səddinov vətəndaşı inandıra bilib ki,əlillər üçün qəbul testdən kənar aparılır,onlar ödənişli əsaslarla oxumalıdırlar,ancaq ilk üç ilin təhsil haqqını,hər ilə 2000 ABŞ dolları olmaqla əvvəlcədən ödəmək lazımdır.Şikayətçinin sözlərinə görə Fizuli Səddinovun onunla sövdələşmə zamanı filial direktoru Orucəli Rzayevin bu işlərdən məlumatlı oldugunu,belə işlərin onun rəhbərliyi altında həyata keçirildiyini bildirib.Fizuli Səddiov vətəndaşa, övladının tələbə olduğu müddətdə semestr imtahanlarına kömək edəcəyinə də söz verib.
Orucəli Rzayevlə söhbət zamanı belə bir sövdələşmədən xəbərdar olduğu məlum oldu,lakin nə üçün tədbir görmədiyi məlum deyil.
Şikayətçi İ.Həsənovun deməsinə görə bu işdən müəyyən vaxt keçdikdən sonra aldadıldığını başa düşür və pulunu tələb etməyə başlayır.Əvvəlcə Fizuli Səddinov müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa çalışır və pulun rəhbərliyə çatdığını bildirir. Sonradan məsələnin ciddiləşəcəyindən qorxaraq pulun müəyyən hissəsini hissə-hissə qaytarır.Bu günə qədər də pulun bir hissəsi qaytarılmayıb.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün ADPU-in Zaqatala filialının direktoruna elektron poçt vasitəsi ilə məktub unvanladıq.Lakin bu məsələdən müəyyən vaxt keçsə də direktordan,qanunla müəyyən edilmiş vaxda cavab gəlmədi.Şikayətçinin məlumatları əsasında yazı hazırlayıb Mediatv.az saytında yazı yerləşdirməli olduq.Mediatv.az saytında gedən yazıdan sonra Orucəli Rzayev redaksiyamıza zəng açaraq prorektor Fizuli Səddinovun, vətəndaş İ.Həsənovdan pul aldığını,ancaq borc kimi aldığını,hətta onların qohumluq əlaqəsinin olduğunu bildirdi.Bu borcun notariat qaydada təsdiqləndiyini və notarial qaydada təsdiqlənmiş sənədin surətini yaxın günlərdə redaksiyamıza təqdim edəcəyini dilə gətirdi.Lakin söhbətimizdən müəyyən vaxt keçməsinə baxmayaraq heç bir sənəd-sübut ortaya çıxmadı...
Özünüz fikir verin,nə qədər gülünc və məntiqsiz bir cavab.Qohum-qohuma niyə notariusun təsdiqiylə borc verməlidir?İkincisi əgər həqiqətən onlar qohumdurlarsa, onların bir-birinə borc verməsindən Orucəli Rzayev niyə məlumatlı olmalıdır?
Sikayətçinin sözlərinə görə onların heç bir qohumluq əlaqəsi və ortada heç bir notarial sənəd yoxdur.Borc məsələsindən söhbət belə gedə bilməz.Bu sözlər özünü müdafiə xarakteri daşıyır.
P.S Şikayətçinin sözlərinə görə filial direktoru Orucəli Rzayev ona dəfələrlə zəng açaraq pulunun tam çatacağına söz verib.Söz verməsindən müəyyən vaxt keçməsinə baxmayaraq pul tam ödənilməyib.İ.Həsənov yaxın günlərdə Orucəli Rzayevlə olan səs yazısını redaksiyamıza təqdim edəcəyini dedi.
Mövzunu diqqətdə saxlayacağıq.