Sosial / Slayd (1-04-2016, 23:50)
ORUCƏLİ RZAYEVİN "BAZARA" ÇEVİRDİYİ TƏHSİL OCAĞI-ÖZƏL
Son zamanlar Azərbaycən Dövlət Pedoqoji Universitetinin (ADPU) Zaqatala filialında bir sıra neqativ hallar, ciddi nöqsanlar yaşanmaqdadır. Bununla bağlı Mediatv.az -ı məlumatlandıran şəxsin sözlərinə görə Orucəli Rzayev adıçəkilən filiala direktor vəzifəsinə təyin olunduğu gündən öncədən mövcud olan problemlərin sırasına yeniləri əlavə olunub.
Beləliklə, ADPU-nin Zaqatala filialının 2000-ci ildə Zaqatala Politexnik Texnikumunun bazasında yaradıldığını, hazırda sözügedən təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, tarix və coğrafiya müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə kadrlar hazırlanır. Şikayətçinin bildirdiyinə görə ADPU-nin Zaqatala filialının direktoru əlinə düşən fürsətdən yararlanaraq institutun daxilində qanundankənar qəbul işlərinin həyata keçirilməsinə rəvac verir. Yəni təhsil almaq istəyən müraciətçilərlə “danışıqlar”dan sonra onlara ali təhsil ocağında tələbə olmaq şansı verilir. Odur ki, bu gün ADPU-nin Zaqatala filialına qəbul olmaq üçün savadın olub-olmaması o qədər də vacib deyil. Əsas tamam başqa məsələdir ki, Orucəli Rzayev özü bunu çox gözəl bilir. Elə buna görədir ki, test və ya digər qəbul qaydaları kənarda qalır, institutun rəhbərliyi öz qaydaları ilə hərəkət etməyə üstünlük verir”. Bu çirkin işlərini həyata keşirməyə Mingəçevirdən özüylə gətirdiyi prorektor Fizuli Sədinov yardımçı olur. Ötən ilin avqust ayında Ağdaş rayon sakini Həsənov soyadlı şəxsdən 6000 ABŞ dolları alaraq əlil olan övladını ADPU-in Zaqatala filialına tesdən kənar qəbul etdirəcəyini bildirmişdir.O vətəndaşı aldadaraq bildirmişdir ki əlillər üçün qəbul testdən kənardır,ancaq üç ilin ödənişin bu başdan ödəmək lazımdır.Fizuli Sədinov hal-hazırda millət vəkili , ovaxtkı Müəllimlər İnstitutunun rektoru olan Aqiyyə Naxçivaninin bu işdən məlumatlı olduğunu və seçkilərdə onun vəkili olduğunu da bildirmişdir.Vətəndaş ,Qrucəli Rzayev və onun pul yığanı Fizuli Sədinov tərəfindən aldanıldığını bildikdən sonra pulunu tələb etmişdir.Onlar pulun müəyyən qismini qaytarmış ,müəyyən qismini isə hələ də qaytarmayıb.Şikayətçinin Mediatv.az-a verdiyi məlumata görə adı çəkilən şəxslərə pul sövdələşməsini təsdiq edən şahidləri və səs yazısi də var.Əldə etdiyimiz bilgilərə görə, Orucəli Rzayev 2012-ci ildə AMİ-nin Mingəçevir filialının direktoru vəzifəsində çalışdığı zaman baza institutundan göndərilən yoxlama onun çoxsaylı nöqsanlarını üzə çıxarmışdı. Lakin həmin vaxt o, törətdiyi əməllərə görə cəzalandırılmaq əvəzinə institutun Zaqatala filialına təyinat alıb. Bu fakt onu deməyə əsas verir ki, Orucəli Rzayev hansısa nüfuzlu şəxsin himayəsindədir.Bu məsələlərə aydınlıq gətirmək üçün yaxın günlərdə ADPU-in rektoruna,Təhsil Nazirliyinə və hüquqi qiymətin verilməsi üşün hüqüq mühafizə orqalarına rəsmi sorğu ilə müraciət edəcəyik.Qarşı tərəfi dinləməyə hazırıq.