Kriminal (Dünən, 21:10)
Qadın müştəri qismində mindiyi maşınların sürücülərini şantaj etdi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə, oğurluq və soyğunçuluqda təqsirləndirilən Günayə Səmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il 10 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İstintaq materiallarına əsasən, Günayə Səmədova özgənin əmlakını ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və oğurluq xarakterli cinayət əməlləri törədib.
Belə ki, o, 17 yanvar 2025-ci il tarixdə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında dayanaraq, həmin yol ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan və etibarnamə əsasında “Ford Transit” mikroavtobusunu idarə edən zərərçəkmiş Saqif Bayramova (adı, soyadı şərtidir) “saxla” işarəsi verib. Avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində zərərçəkmiş şəxsə intim münasibətdə olmağı təklif edib. Saqifin bu təklifdən imtina etməsindən sonra qadın ona qarşı zor tətbiq edərək sağ çiyin və sinə nahiyəsinə yumruqla zərbə endirib.
Bundan sonra Günayə zərərçəkmiş şəxsi onunla guya intim münasibətdə olması, eləcə də onu zorlaması barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyi və rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1 000 manat pul vəsaiti tələb edib. Saqif həmin məlumatların həqiqətə uyğun olmamasına baxmayaraq, yayılacağı təqdirdə onun üçün rüsvayedici olacağını nəzərə alaraq hədənin real olduğunu qəbul edib. O, üzərində olan 215 manat pulu təklif etsə də, qadın bununla razılaşmayıb. Nəticədə zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən iş yerinin yaxınlığında tanışından 50 manat borc alaraq ümumilikdə 265 manat pul vəsaitini Günayəyə verib. Beləliklə, qadın tətbiq etmə və rüsvayedici məlumatların yayılması ilə hədələmə yolu ilə Saqifə məxsus 265 manat pul vəsaitini ələ keçirib.
İstintaqla həmçinin müəyyən edilib ki, Günayə Səmədova təkrarən soyğunçuluq cinayəti törədib. Belə ki, o, 03 mart 2025-ci il tarixdə saat 15 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında dayanaraq Şəki rayonu istiqamətində hərəkətdə olan və etibarnamə əsasında “VAZ-21074” markalı avtomobili idarə edən zərərçəkmiş Nazim Pənahova (adı, soyadı şərtidir) “saxla” işarəsi verib. Avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra Hacıqabul rayonu ərazisində, “Bayraq Meydanı” adlanan yerin yaxınlığında avtomobilin saxlanılmasını tələb edib.
Avtomobil saxlanıldıqdan sonra Günayə zərərçəkmiş şəxsdən pul vəsaiti verməsini tələb edib. Nazimin imtina etməsindən sonra zərərçəkmişin həyəcanlı vəziyyətindən istifadə edərək avtomobil salonunda yerləşən sənədlər qutusunun yanında sellofan paketdə olan, ümumi dəyəri 2 510 manat təşkil edən qızıl-zinət əşyalarını, o cümlədən bir ədəd qadın üzüyü və bir cüt sırğanı, eləcə də onun əynində olan gödəkcəsinin cibindən pul vəsaitini açıq yolla götürərək hadisə yerindən uzaqlaşıb. Bununla da Günayə Nazimə məxsus əmlakı təkrar soyğunçuluq yolu ilə ələ keçirib.
Bundan başqa, istintaqla müəyyən edilib ki, Günayə Səmədova 25 may 2025-ci il tarixdə saat 17:25 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində zərərçəkmiş İslam İbadovun (adı, soyadı şərtidir) idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə sərnişin qismində minərək, avtomobilin yuxarı rəfində yerləşən qeyd dəftərinin içərisində olan 3 439 manat pul vəsaitindən 1 220 manatını gizli yolla talayaraq oğurluq edib.
Məhkəmə istintaqında Günayə Səmədova ona Cinayət Məclləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib. O, dindirilərkən göstərib ki, ona ittiham verilmiş cinayətləri törədib. Qadın həmin cinayətləri maddi ehtiyac üzündən, nəvələrinin xəstəliyi ilə əlaqədar olaraq törətdiyini etiraf edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026
8 01 2026


























