Göyçay rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev oğlu Nicat Ağayev üçün tikdirdiyi restoranın tikintisinə təxminən 200 min manata yaxın xərc çəkdiyi bildirilir.
Azərbaycan məmurlarının dövlətdən oğurladıqları pullar hesabına özlərinə cah-cəlallı həyat şəraiti qurmaları artıq adi hala çevrilib. Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, dövlət məmuru xalqın xidmətçisidir və onun işi yalnız xalaq, dövlət qullu etməkdir. Dövlət başçısı Azərbaycandakı məmurların dövləti vəsiati hesabına özlərinə dəbdəbəli həyat keçirtmələri, biznes qurmaları ilə bağlı xəbərdarlıqlar edərək belə işlərə qətiyyən yol verməmələrini tövsiyyə etmişdi. Lakin ölkə prezidentinin təbirincə desək, azğınlaşmış məmurlar prezident İlham Əliyevin iradlarını, göstərişlərini, tövsiyələrini belə qulaqardına vurmaqdan çəkinmirlər.
Belə məmurlarrdan biridə Göyçay rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Maarif Ağayevdir. Bu həmin Maarif Ağayevdir ki, haqqında Göyçayda dəfələrlə dastanlar qoşulub, qalmaqallı işləri ilə gündəmə gələn bir məmurdur. O həmdə Göyçay icra başçısı Mübariz Ağayevin qardaşıdır. Ona görə də Maarif Ağayevin Göyçayda qılıncının dalı da, qabağı da kəsir və kimsə ona qaşın üstə gözün var deyə bilmir. Əksinə qardaşının rayonda birincişəxs olmasından əhali ilə həddindan artıq təkəbbürlü davranışı ilə hər kəsə qaşın üstə gözün var deyir.
Göyçaydan AzMedia.info-ya daxil olan məlumata görə icra başçısının qardaşı Mübariz Ağayevin Göyçaya gəlişindən sonra şəhər mərkəzindəki Heydər Əliyev parkında böyük bir restoran tikdirməyə başlayıb. Qeyd edək ki, Heydər Əliyev parkında bu restoranın tikintisi əvvəllər Göyçay şəhər sakinlərinin ciddi narazılığına səbəb olmuşdu. Həmin ərazidən bir çox sahibkarlar isə, necə deyərlər sürgün olunmuş, mülkləri isə başlarına uçurulmuşdu.
Artıq Maarif Ağayevin Heydər Əliyev parkında tikdirdiyi restoranın fəaliyyətə başladığı bildirilir. AzMedia.info-ya daxil olan məlumatda göstərilir ki, Maarif Ağayev həmin restoranı oğlu Nicat Ağayevə bağışlayıb və hazırda restoran Göyçay məmurlarının “xidmətinə verilib”. Belə ki, informasiya mənbəmiz bildirir ki, Göyçayın az çox qazanc sahibi olan məmurlardan qeyri-rəsmi şəkildə həmin restoranda ən azı həftədə iki dəfə olmaları tələb olunub. Tələbə məhəl qoymayanlar isə Maarif Ağayevin qara siyahısına düşməklə yanaşı Mübariz Ağayevində gözündən düşmüş olur.
İnformasyia mənəbəmiz qeyd edir ki, Nicat Ağayev bahalı maşınların aludəçisidir və hazırda 2016-cı model “Range Rover Sport” avtomobili sürür. Həmin avtomobilin bazar qiyməti isə hazırda təqribən 120 min manatlır.
İnformasiya mənbəmiz bildirir ki Göyçay rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev oğlu üçün tikdirdiyi restoranın tikintisinə təxminən 200 min manata yaxın xərc çəkib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(AzMedia.info)