Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-04-2016, 16:31)
“Azəryolservis” büdcədən ayrılan pulları belə göyə sovurur – ŞİKAYƏT

1SU

Mediatv.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinləri adından Bayram Bayramov adlı şəxs “AzPolitika.info”ya şikayət məktubu göndərib. Həmin məktubu qısa ixtisar və zəruru redaktə ilə dərc edirik:

“Biz, hazırda inşa olunmaqda olan, “Yeni Şuşa” qəsəbəsindən keçən Maştağa-Zabrat yolunun yenilənməsilə bağlı aparılan asfaltlama işlərini çox yüksək dəyərləndirdik.
Sevindik ki, nəhayət, 16 il yaşadığımız qəsəbənin heç olmasa mərkəzi hissəsindən keçən bu yol da genişlənəcək. Və qəsəbəmizin 29 məhəllədaxili yolunun heç olmasa birinin asfaltlanması mümkün olacaq.
Amma işin gedişatından məlum olur ki, “Azəryolservis” ASC-yə məxsus yol-tikinti şirkəti gözümüzün qabağında işləri çox yarıtmaz görməklə məşğuldur. Əgər buna asfaltlama demək mümkünsə. Dövlət büdcəsindən ayrılan pulları belə göyə sovurmaq kimə lazımdır?
1451308777Axı bizim qəsəbəmizədə 2006-cı ildə eni 10 metr olan 29 məhəllədaxili yolların asfaltlanmasına da külli-miqdarda dövlət vəsaiti ayrılmışdı. Ayrılan pulları elə mənimsədilər ki, nəticədə heç 1 paqon metr asfalt da döşəmədilər. Biz sakinlər də qaldıq yenə 20-ci əsrin ortalarında. Qəsəbəmizin ortasından keçən bu asfaltı isə çox keyfiyyətsiz edirlər. Özlərinə şikayət etdikdə deyirlər ki, hələ bir şükür edin ki, yolunuzun bir hissəsini asfalt edirk. Necə edirik, nə cür edirik, bunun sakinlərə dəxli yoxdur. Çox təəssüf.
Müvafiq dövlət orqanlarından xahiş edirik ki, biz sakinlərin 2012-2013 və indiki müraciətlərinə yenidən baxılması və hüquqi qiymət verilməsi üçün göstəriş verəsiniz”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025