Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-02-2015, 21:32)
Suraxanı yollarından prezidentə şikayət olundu – MƏTN

 

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə sakinləri prezident İlham Əliyevə,  Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevaya, nəqliyyat naziri  Ziya Məmmədova, Bakı şəhər İcra Hakimiyyətinin başçısı  Hacıbal Abutalıbova, “Azəravtoyolservis” in rəhbərliyinə və mətbuata müraciət ediblər. Gunxeber.com-a da göndərilən şikayət məktubunu olduğu kimi dərc edirik:

“Çox hörmətli Prezident! Biz, hazırda Suraxanı rayonu, Bakı-Aeroport yolunun yol tərəfində 2000-ci ildən salınmış yaşayış massivinin sakinlərindən bir qrupumuz 1999-cu ildə Ulu Öndərin şəxsən qəbulunda olarkən bizə indiki yaşadığımız sahəni yurd yeri salınması haqqında göstəriş verdi. Biz də hər birimizə ayrılmış 400 kv.m. torpaq sahəsi üzərində fərdi ev tikib bu günə kimi yaşamaqda davam edirik. Və Ulu Öndərin bizə qarşı etdiyi əvəzedilməz yaxşılığa, atalıq qayğısına görə həmişə onun siyatəsinə dəstək olmuşuq, indi də onun layiqli davamçısı kimi Sizin dövlətçilik mövqeyinizi müdafiə etməkdəyik.
Cənab prezidet artıq 15 ildir ki, bir 20 metrlik ( 2km uzunluğu olan) və 31 məhəllədaxili küçədən ibarət olan yaşadığımız massivdə əhali sıxlığının get gedə artamsına baxmayaraq ( 6000 nəfər) bu zonada son illər görülən abadlıq işləri demək olar ki, “0” vəziyyətindədir. Belə ki, məhəllədaxili və Mərkəzi küçələrin palçıqdan və tozdan qurtarması üçün biz sakinlər öz hesabımıza dəfələrlə daş-çınqıl tökdürsək də, ağır tonajlı yük avtomobilləri yolları bərbad günə qoymuşdur. Hələ bu azmış kimi, yeni tikilmiş “Akasiya” şadlıq evinin qarşısındakı küçənin bir hissəsində çala qazılmış və yaxınlığına isə zibil yeşikləri qoyulmuşdur. Ona görə də ya avtomobil, ya da piyada buranı keçə olmur. “Taksi”market deyilən yerdən “Yeni Şuşa” qəsəbəsi istiqamətndə qəsəbəmizin ortasından keçən yola 2007-ci ilin mayın 7-də Sizin “Yeni Şuşa” qəsəbəsinin açılışında iştirak etməyinizə görə tələsik bu yolu asfalt etdilər. İki aydan sonra isə kanalizasiya xətti çəkilməsilə əlaqədar bu asfalt yolun 300 metrini sol tərəfdən dağıtdılar. Və aradan 8 il keçməsinə baxmayaraq,  yeganə asfalt yolumuz dağılmış vəziyyətdə qalmaqdadır. Dəfələrlə yerli və yuxarı instansiyalara yazılı müraciətlər etmişik ki, heç olmasa bu asfaltın sol tərəfinə 2 m enində asfalt hissə vusunlar ki, yol tam dağılmasın, avtomobillərin özləri və ya güzgüləri bir birinə dəyməsin. Amma bizi eşidən olmayıb. Hazırda bütün qəsəbədaxili yollar palçıq işində olduğundan ağır xəstələr üçün çağırdığımız təciliyardım bu yerlərə gəlməkdən imtina edir. Uşaqlar palçığın içilə məktəbə getmək zorunda qalırlar. Avtomobil qəzaları da dağılan asfalt yolda tez-tez baş verir. Avropa Oyunlarının keçirilməsi ərəfəsində düşdüyümüz bu ağır vəziyyətə görə biz sadəcə utanırıq. Sanki biz paytaxt mərkəzinin 10 km-də deyil, hansısa ucqar dağ kəndində II-III əsrlərdə yaşayırıq.
Siz həmişə rəsmi çıxışlarınız zamanı qeyd edirsiniz ki, “Biz, başda prezident olmaqla bütün məmurlar xalqın xidmətçiləriyik… “Bu biz sadə insanların ürəyincə olan bir müraciətdir. Təki bu çağırışınızı bizim yerlərdə də nəticə çıxarıb eşidən olaydı. Sizdən xahişimiz budur ki, 15 ildir ki, unudulmuş qəsəbəmizdə yol və səkilərin minimum abadlaşdırılması məsələsinin həllini şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024