Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-07-2015, 15:06)
Nəqliyyat naziri ilə "Polat İnşaat"in müdhiş işbirliyi - İTTİHAM

Nazir Türkiyənin məşhur şirkətini tendersiz iri layihələrə cəlb edib


Nəticədə həm qanunlarımız pozulub, həm də külli miqdarda vəsait vergi orqanlarından gizlədilib
Mətbuatda Türkiyənin "Polat İnşaat" şirkətinin Azərbaycan vətəndaşı Qəribov Ramin Rafiq oğluna məxsus torpaq sahəsini bərbad hala salması, torpağın münbit qatını məhv etməsi haqda xəbər verilib.
Bununla bağlı şikayətçi bildirmişdi ki, Hacıqabul Muğan yolunun sol tərəfində Hacıqabul rayon İcra hakimiyyəti tərəfindən ona qanuni şəkildə ayrılmış, kadastr planı, ölçü barədə sənədlər və digər bütün sənədləri olan 2 hektar torpaq sahəsi "Polat İnşaat" şirkəti tərəfindən sözün əsl mənasında zəbt edilərək viran qoyulub.
Şirkət rəhbərliyi torpağın əvvəlki vəziyyətinə qaytarılması üçün heç bir iş görmək niyyətində deyil. Bu mövzudan çıxış edərək "Polat İnşaat" şirkəti ilə bağlı araşdırma apardıq. Araşdırmalar nəticəsində məlum oldu ki, 1955-ci ildə Türkiyədə yaradılan şirkət eyni zamanda Azərbaycan, Fas və Omanda da yol tikinti layihələri həyata keçirir. Şirkət indiyə kimi Azərbaycanda bir sıra tikinti layihələrini icra edib. Məsələn, Yevlax-Gəncə yolunun yenidən qurulması, Ələt-Masallı yolunun çəkilişi bu şirkət tərəfindən aparılıb. Bakı-Şamaxı-Muğanlı, Masallı-Astara yolunun tikinti işləri isə davam etdirilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, "Polat İnşaat" Nəqliyyat Nazirliyinin sifariş etdiyi layihələrin əsas icraçısıdır. Hətta bir müddət əvvəl şirkətin rəhbəri ilə nəqliyyat naziri Ziya Məmmədovun şərik olması barədə şok məlumatlar yayılıb. Həmin informasiyalar Yevlaxın Nəmətabad kəndində, Aran qəsəbəsində, Goranboyun Borsunlu kəndində, Goran qəsəbəsində, eləcə də Dəliməmmədli şəhərində yüzlərlə vətəndaşın şəxsi mülkiyyətində olan torpaq sahələri, yaşayış evləri, sahibkarlıq obyektinin sökülmək üçün hazırlanması zamanı üzə çıxıb. Detallarla bağlı mülkiyyət sahiblərinə məlumat verilmədiyindən narazılıq yaranıb. Məlum olub ki, vətəndaşlarla hər hansı razılaşma müzakirə mövzusu belə deyil. "Polat İnşaat" ın nümayəndələri əraziyə gələrək qeyd olunan yaşayış məntəqələrində layihənin altına düşən torpaq sahələrini ölçüblər. Eyni zamanda mülkiyyətçilərdən bütün sənədlərin surətini götürüblər. Bununla belə, mülkiyyətçilərlə hər hansı yazılı və şifahi razılaşma əldə edilməyib. Kənd sakinlərinin dövlət aktlı pay torpaqları zəbt olunub. Daha sonra bəlli olub ki, bölgədə daha təhlükəli mülkiyyətə qəsd halı Goranboy rayonu Borsunlu kəndində baş verib. Kənd sakinləri bir də görüblər ki, onlara məxsus pay torpaqlarının avtomobil yoluna yaxın 40-50 metrlik hissəsi şumlanaraq yolun yatağının tikintisi üçün hazır vəziyyətə gətirilib.
Baş verənləri aydınlaşdırmaq üçün sakinlər icra nümayəndəliyinin qarşısına toplanıblar. Onlara kompensasiya söz verilsə də, şirkətdən bir qəpik də olsa ala bilməyiblər. Araşdırmalar nəticəsində öyrəndik ki, avtomobil yollarının çəkilişində "Azəryolservis" ASC podratçı şirkət kimi "Polat İnşaat"la tərəfdaşlıq etməyə üstünlük verir. Belə ki, heç bir tender keçirilmədən layihələr bu şirkətə tapşırılır. 1955-ci ildə Ərzurumlu İbrahim Polad tərəfindən müttəfiqlik firması kimi fəaliyyətə başlayan sözügedən şirkət əslində Türkiyənin ən zəngin holdinqlərindən biridir. Şirkət turizm, sənaye və inşaat sahələrini əhatə edir. Araşdırmalar göstərir ki, "Azəryolservis"in "Polat İnşaat"la tərəfdaşlığının əsası nəqliyyat naziri Ziya Məmmədov tərəfindən qoyulub. Deyilənə görə, nazir Türkiyəyə səfərləri zamanı tez-tez "Polat İnşaat"ın rəhbərliyinin qonağı olur. Azərbaycanda əsas magistral yolların çəkilişinin məhz bu şirkətə tapşırılmasında bu yaxınlığın rolunun böyük olduğu vurğulanır. Nazirə arxayın olan şirkətin rəhbər şəxsləri Azərbaycanda ürəkləri istəyən kimi hərəkət edir və müvafiq qanunlarımıza məhəl qoymurlar. Necə ki, Yevlax-Gəncə avtomobil yolunun üzərində yerləşən yaşayış məntəqələrinin sökülməsi zamanı bunu ediblər. Məlumata görə, həmin layihənin icrası zamanı yeri plana düşən mülkiyyət sahiblərinə kompensasiya ödəniləcəyi haqda söz verilib. Amma sonradan məlum olub ki, bu məqsədlə büdcədən ayrılan vəsaitlər "Azəryolservis"lə "Polat İnşaat" arasında bölüşdürülüb. Onu da qeyd edək ki, bu şirkətin saytında Azərbaycanda iri layihələri həyata keçirməsi ilə bağlı məlumat yerləşdirilib. Maraqlı orasıdır ki, şirkətin tender qalibi olması barədə Azərbaycan Respublikası Dövət Satınalamalar Agentliyinin saytında heç bir rəsmi məlumata rast gəlinmir. Bundan başqa, yerli kütləvi informasiya vasitələrində adı çəkilən "Polat İnşaat" şirkətinin "proxy" olması, yəni əslində layihələri alaraq "Azərinşaatservis"ə ötürməsi ilə bağlı iddialar səsləndirilib. Nəzərinizə çatdıraq ki, Azərbaycan qanunlarına görə, dəyəri 50 min manatı ötən bütün dövlət əsaslı layihələr tender vasitəsilə reallaşdırılmalıdır. Amma nazirlik "Polat İnşaat"a tender keçirmədən layihə həvalə edir. Ki, nəticədə həm qanunlarımız pozulur, həm külli miqdarda vəsait vergi orqanlarından gizlədilir, həm də vətəndaşların mülkiyyət hüququ tapdalanır. Gələn sayımızda Ziya Məmmədovun "Polat İnşaat"a tapşırdığı milyonluq layihələrin aqibəti haqda ətraflı məlumat verəcəyik. 
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
gundelik-baku 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024