Mədəniyyyət (Bu gün, 11:30)
Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Milli Kitabxanada klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, professorun tədqiqatları, fotolar, alimin yaradıcılığı haqqında dövri mətbuatda çap edilən məqalələr və ədəbiyyatlar nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xelil_Yusifli/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, dərslik və dərs vəsaitləri, transliterasiya və tərçümələri, elmi redaktor, tərtibçi və ön sözün müəllifi olduğu kitablar, həyatı və zəngin elmi yaradıcılığından, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Xəlil Həmid oğlu Yusifli 17 iyul 1935-ci il tarixində Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olub. O, 1945-1955-ci illərdə Əli Bayramlı (Aslanbəyli) kənd orta məktəbində, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi başlayıb, 1962-1965-ci illərdə həmin İinstitutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olub, 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyasını, 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildə professor elmi adını alıb.
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan Xəlil Yusiflinin elmi fəaliyyətinin böyük bir hissəsini Nizamişünaslıq təşkil edir. Onun çoxsaylı elmi məqalələri, “Nizaminin lirikası” (1968), “Şərqdə intibah və Nizami Gəncəvi” (1982) və “Nizami Gəncəvi: sələflər və xələflər” (2011) adlı monoqrafiyaları bu məhsuldar əməyin mükəmməl nəticəsidir. O, Nizaminin “Xosrov və Şirin” əsərini fars dilindən ana dilimizə poemanın bəhrini qorumaqla bədii tərcümə edib, “Xəmsə”yə daxil olan əsərlərin yeni təfəkkür işığında öyrənilməsi istiqamətində yorulmadan fəaliyyət göstərib.
“Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri”, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı tarixi. Antik dövr”, orta məktəblər üçün “Ədəbiyyat” və s. dərsliklərin müəllifidir.
Professor Xəlil Yusiflinin klassik ədəbiyyat nümunələrinin tərcüməsi və tərtibi sahəsində gördüyü işlər sırasında Marağalı Əvhədinin “Cəmşidin camı” (1970, 1986, 2004 – Q.Beqdeli ilə birgə), Xaqani Şirvaninin “Seçilmiş əsərlər” (2004), Arif Ərdəbilinin “Fərhadnamə” (2007), Mirzə Şəfi Vazeh və İvan Qriqoryevin “Kitabi-türki” dərsliyinin adlarını qeyd etmək vacibdir.
Xəlil Yusiflinin elmi və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, o, Azərbaycanda təhsil, elm və jurnalistikanın inkişafındakı xidmətlərinə görə 12 aprel 2009-cu il tarixli, 241 №-li sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, 4 may 2015-ci il tarixli, 1202 №-li sərəncamı ilə N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025