Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-12-2014, 12:41)
Salyanda qaz sayğaclarının quraşdırılması üçün xərac toplanır

Xəyyam Rzayevin rayonda qanunsuz sayğac pulu yığdırması ört-basdır edilir

 

“Azəriqaz” QSC yoxlamalar zamanı bu faktları aşkarlayıb 
 
Rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərində əhalidən qeyri-rəsmi rüsum tələb edilir. Sakinlərin “Yeni Müsavat”a göndərdiyi məktubda qeyd edilir ki, adıçəkilən kəndlərdə 93 fərdi istixanalar fəaliyyətdədir. 
Bu istixanalara qaz sayğacı quraşdırmaq üçün vətəndaşlardan rayon Qaz İstismar İdarəsinin müdiri Xəyyam Rzayevin göstərişi ilə pul istənilir. İdarə müdirinin təlimatını Həsənov Teymur və Abışov Ceyhun icra edir. Onlar qaz sayğaclarının rəsmi rüsum qiyməti 140 manat olduğu halda 850 - 1500 manat arası rüşvət tələb edirlər. 
Kənd sakinləri yazırlar ki,  idarə müdirinin pulunu yığan Ceyhun Abışov qaz idarəsinin rəsmi işçisi olsa da, digər şəxs Həsənov Teymur  qeyri-rəsmi, ştatda olmayan əməkdaşıdır: “Xəyyam Rzayev əvvəl elektrik şəbəkəsində işləyib.  O zaman Teymur Həsənovla bir yerdə çalışıblar. Qaz idarəsinə müdir təyin olunandan sonra Xəyyam Rzayev keçmiş iş yoldaşını özünə yaxın bilib, yanına gətirib. Ona səlahiyyət verib ki, istixanalardan pul yığsın və arxasında dayanıb. Xəyyam Rzayevin bu arxayınlığı səbəbsiz deyil. Vaxtilə Dövlət Neft Şirkətində Təchizat İdarəsinin rəisi işləyən Ağasəf  Rzayev onu himayə edir. Çünki Ağasəf Rzayev Xəyyam Rzayevin doğma əmisidir və Salyan əhalisi onu yaxşı tanıyır”.
Məktubda qeyd olunub ki, indi ARDNŞ prezidentinin müşaviri olan əmisinin dəstəyi ilə Xəyyam Rzayev regionlarda qaz idarələri ləğv edildikdən sonra yaradılan Salyan regional qaz idarəsinə rəis təyin edilib. İstixanası olan sakinlərin sözlərinə görə, “Azəriqaz” QSC-dən rayona yoxlama gəlib: “Bu yoxlamalar zamanı Xəyyam Rzayevin qanunsuz sayğac pulu yığdırması aşkarlanıb. Vətəndaşlar arasında ”Azəriqaz" QSC-yə şikayət edib, verdiyi pulu geri ala bilənlər də olub. 
Bu işlərin üstünün açılması Xəyyam Rzayevi təşvişə salıb. O, kənd sakinlərinin qapısını gecəylə döydürüb. Teymur Həsənovu və Ceyhun Abışovu minnətçi salıb ki, şikayətçi olmasınlar, pulları qaytaracaq. “Azəriqaz” QSC sədri Əkbər Hacıyev idarə müdirinin bu əməllərindən agahdır. Bizim tələbimiz budur ki, aidiyyəti qurumlar müvafiq araşdırmalar aparsınlar və bu hallara birdəfəlik son qoyulsun. İdarə müdiri ondan vəzifəsi yüksək olan qohumuna güvənib, pul yığdırır. İstixanalara qaz sayğacı qoyulması üçün niyə 800, 1200, 1500 manat verməliyik? Birincisi, Azərbaycanda dünyaya qaz satır və öz vətəndaşına güzəşt etməlidir. İkincisi, sayğaclar pulsuz qoyulmalıdır. Ancaq idarə müdiri istixanası olan vətəndaşları soğan qabığı kimi soymaq istəyir". 
Yazıda adı keçən tərəfləri dinləyib dərc etməyə hazırıq. 
шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024