Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-03-2016, 13:32)
Vidadi İsayevin başı bəlada: Qohumu hakimiyyət əleyhidarı çıxıb

 

Qohumu hakimiyyət əleyhidarı çıxıb
Həmin şəxs mötəbər məclislərdən birində indiki iqtidarı sərt formada tənqid edib, Bərdənin icra başçısının Heydər Əliyevin inşa etdirdiyi bulağı sökdürməsi isə ortalığı qarışdırıb 

Mediatv.az xəbər verir ki, Bərdənin icra başçısı Vidadi İsayevin də durumu ağırlaşmağa başlayıb. Buna səbəb son günlər bir neçə rayonun rəhbərinin işdən çıxarılması göstərilir.Jam.az-a istinadən xəbərə görə, İsayevi narahat edən başlıca məqam odur ki, onun da artıq vaxtının çatdığını yuxarılardan bildiriblər. 

Etibarlı mənbələrdən aldığımız məlumata görə, özünü «Günəş»deyə çağırılmasını tələb edən icra başçısının əvvəlcə, Bərdədən başqa bir rayona təyinat alacağı ümidi varmış. Lakin son günlərdə artıq bu ümidləri də sıradan çıxıb. Çünki ona haqqında yetərli qədər şikayət olduğu, habelə bir sıra qalmaqallara qarışması halları təsdiqlənib. Bu isə onun karyerasının sonu deməkdir. 

Verilən məlumatlarda vurğulanır ki, Vidadi İsayevin ən pis hərəkəti isə onun Heydər Əliyev hakimiyyəti dövründən Bərdədə qalmış ən kiçik tikililərin belə sıradan çıxarılmasıdır. Mənbələr iddia edirlər ki, icra başçısı hətta mərhum prezident Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində Bərdə rayonunda inşa etdirdiyi bulaqlar belə sökdürüb. Bunu hansı məqsədlə və niyyətlə etdiyi isə məlum deyil.

Bəzi məlumatlara görə isə Vidadi İsayevin ən yaxın qohumu üzdə hazırkı hakimiyyətə alqış desə də, arxa planda onları sərt formada tənqid edənlərdəndir. Hətta bir dəfə mötəbər məclislərin birində həmin qohum içindəki istəyini ortaya qoyubmuş. Həmin vaxt icra başçısı durumu birtəhər toparlamağı bacarıb. Lakin qohumun bunun ardından bir neçə məclisdə də faktiki hakimiyyətə qarşı aqressiv çıxışlar etdiyi vurğulanır. 

Yazıyla əlaqədar olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024