Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-12-2015, 11:55)
GDU-da İSLAM DİNİ VƏ NARDARAN HADİSƏLƏDİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR- FOTOLAR

 

02 dekabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında İslam dinin Nardaran hadisələrinə zidd olması ilə bağl ”İslam dini sülh, mehribanlıq, dözümlülük, tolerantlıq dindir” mövzusunda elmi seminar keçirilmişdir.

 

Mediatv.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov qeyd etdi ki, son illər Azərbaycan dövləti hər sahədə uğurla irəliləyir. İqtisadi-ictimai sahədə olduğu kimi, Beynəlxalq aləmdə də nüfuz sahibinə çevrilir. Lakin bu uğurları gözü götürməyən xarici və daxili düşmənlərimiz də var. Azərbaycan hər bir vətəndaşın doğma Vətənidir və onun təhlükəsizliyini qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Qanunlara tabe olmamaq, onun aliliyinə hörmət etməmək, dövlətə, hakimiyyətə qarşı konstitusiyadan kənar fəaliyyət göstərmək yalnız faciə ilə nəticələnər. Nardaran qəsəbəsində İslam dini adından çıxış edərək törədilən cinayət buna ən real misaldır.

Biz dünyada baş verən hadisələri yaxından izləməli və mahiyyətini dərk etməliyik. Məlumdur ki, Rusiya-Türkiyə qarşıdurması çox təhlükəli vəziyyət yaradıb, bu baxımdan da dövlətimizin təhlükəsizliyini düşünməli və qorumalıyıq. Erməni kimi məkrli düşmənimiz hər an bizə zərbə endirməyə fürsət axtarır. Azərbaycanı dağıdılmış, qan gölünə çevrimiş müsəlman ölkərinin vəziyyətinə salmaq istəyən qüvvələr öz daxilimizə də əl atır, özümüzdən düşmən qüvvələr hazırlama istiqamətiundə fəaliyyət göstərirlər.

Nardaran hadisələri göstərdi ki,Azərbaycan dövlətinin qanunlarına əməl olunmalıdır, heç bir dini don geyindirməklə dövlətlə zor dilində danışmaq, onun qanunlarına hörmətsizlik etmək, silahlı təxrtibatlar törətmək olmaz və onun qarşısı qətiyyətlə alınacaq.

Azərbaycan tarixi kafedrasının baş müəllimi Etibar Musayevin “İslam dini qardaşlıq dinidir”, həmin kafedranın baş müəllimi Bəxtiyar Məhərrəmovun “Müasir Azərbaycanda dini tolerantlıq”adlı məruzələrində, AHIK-nin sədri Afaq Qasımova, professor Şahin Tağıyevin, Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyevin, Peixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın, Tarix-coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənovun çıxışlarında İslam qardaşlıq, əmin-amanlıq, humanistllik dini kimi qeyd olynmuş, dini pərdə altında cəmiyyət üçün zərərli, dağıdıcı fəaliyyət göstərən radikal qüvvələr pislənilmiş, Nardaran qəsəbəsində baş verən hadisələrin təşkilatçılarının xarici düşmənlərimizlə əlaqələri, Vətənə, dövlətə xəyanət etmələri nifrətlə qarşılanmışdır.

 


 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024