Karusel (Bu gün, 12:24)
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi "Amazone" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 120 628 652,59 manatdır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Amazone" şirkəti yalnız Məcburi Köçkünləri Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin qalibi seçilib.
Bəs, Fondun iri məbləğli tenderlərinin qalibni seçilən bu şirkət kinindir?
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Amazone" şirkəti 4 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur. 2017-ci ilədək şirkətin qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Anar Məmmədov Milli Məclisin VI və VII çağırış deputatıdır.
Mediada yer alan bəzi iddialara görə, "Amazone" şirkətinin təsisçisi də Anar Məmmədovdur. Bu iddianın deputat tərəfindən təkzib edilməsi faktına rast gəlinmir. /Qaynarinfo

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025