Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:45)
Gəncədə insan alveri qurbanları üçün sığınacaq tikiləcək və…

 “Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılması ilə bağlı müraciət edilib”. Tezadlar.az xatırladır ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən bu barədə danışıb. Onun sözlərinə görə, insan alveri qurbanlarının yerləşdirilməsi üçün sığınacaqların Bakıda olması çətinliklər yaradır: “Ona görə də regionlarda sığınacaqların artırılması üçün işlər aparılır”.
H.Aslanov həmçinin bildirib ki, ötən il iki Ukrayna vətəndaşı Azərbaycanda sığınacağa yerləşdirilib: “Hər iki qadının doğum haqqında şəhadətnaməsi yoxdur. Ümumilikdə isə ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox insan alveri qurbanı yerləşdirilib”.
Dinləmədə Millət vəkilləri ilə yanaşı, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri Mehriban Zeynalova, Şəmsəddin Əliyev, Mahirə Əmirhüseynova, Gülayə Səfərova, Zemfira Mustafayeva, Anar Xəlilov, Kəmalə Aşımova, Ramiz Əliyev iştirak ediblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025