Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-03-2014, 17:11)
Əsgərlərimizi intihara sürükləyən səbəblər nədir?

"Zakir Həsənovun idarəçiliyi dövründə nöqsanlar, korrupsiya və rüşvətxorluq daha çoxdur. Təsəvvür edin ki, 9 il həbs cəzası almış şəxs azadlığa çıxdıqdan sonra yenə əvvəlki vəzifəsinə təyinat alır ".

 

 
Üzeyir Cəfərov : "Dünyanın ən böyük sərkərdəsini gətirib Azərbaycan Silahlı Qüvvələrinin başına rəhbər vəzifəsinə təyin etsən belə, ədalətli iş prinsipi olmasa, ədalətli kadr siyasəti həyata keçirməsə, heçvaxt müsbətə doğru dəyişiklik olmayacaq".
Novruz bayramı ərəfəsində ordumuzda əsgər intiharları yenidən gündəmi zəbt edib. Səfər Əbiyevin vəzifəsinə son verildikdən sonra belə bir təsəvvür vardı ki, yeni ordu rəhbərliyi orduda «dedovşina»nın kökünü kəsəcək. Lakin gözləntilərin əksinə olaraq  Zakir Həsənov müdafiə naziri olduqdan sonra da hərbiçilərimizin intihar etməsi və qətl edilməsi, ağır işgəncələrə məruz qalması faktları azalmadı. 
Milli Ordudakı intiharların, qətllərin və işgəncələrin səbəbi ilə bağlı PİA.AZ-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, komandirlər öz vəzifə borclarına vicdanla yanaşsalar, o zaman belə hallar azalar:
"Ordudakı "dedovşina"nın səbəbləri çox dərindir. Əvvəla o hərbi hissələrdə ki, komandirlər öz vəzifə borclarına vicdanla yanaşırlar, orda bu cür hadisələr demək olar baş vermir. O hərbi hissələrdə ki, komandirlər əsgərlərə son dərəcə məsuliyyətli yanaşmırlar, onların problemləri ilə maraqlanmırlar, o zaman belə hallar hər zaman olub və bundan sonra da olacağı gözlənilir. Bayram günlərində bu halların baş verməsi bir sıra səbəblərlə izah oluna bilər. Müdafiə Nazirliyi əsgər ölümləri ilə bağlı aparılan araşdırmaları içtimaiyyətə açıqlamalıdır. Çünki baş vermiş hadisələr bir günün içərisində baş vermir. Yəqin ki, bunların kökündə duran ciddi məsələlər var. Müdafiə Nazirliyi, müafiq qurumlar hansısa bir araşdırmanın aparılması haqqında məlumat verməklə öz işini bitmiş hesab edirlər. Amma mən düşünürəm ki, bu araşdırmalar şəffaf olmalı və ictimaiyyətin bu araşdırmalar barədə dolğun informasyiası olmalıdır. O zaman inanmaq olar ki, günahkarlar şəqiqətən öz cəzalarını alırlar və bu səbəbdəndə gələcəkdə oxşar məsələlərin qarşısı vaxtında alınar və hər kəs inanar ki, orduda baş verən ölüm hallarına görə heç kim məsuliyyətdən yaxasını qurtara bilmir". 
Üzeyir Cəfərov Zakir Həsənovun islahatları və orduda baş verən hadisələrlə bağlı da öz fikirlərini bildirdi:
"Dünyanın ən böyük sərkərdəsini gətirib Azərbaycan Silahlı Qüvvələrinin başına rəhbər vəzifəsinə təyin etsən belə, ədalətli iş prinsipi olmasa, ədalətli kadr siyasəti həyata keçirməsə heçvaxt mübətə doğru dəyişiklik olmayacaq. Yeni müdafiə nazirindən də təəssüflər olsun ki, kardinal dəyişikliyin şahidi olmamışam. İndiki müdafiə nazirinin zamanında baş verən hadisələrə real qiymət verməyə çətinlik çəkirəm. Açıq şəkildə deyirəm ki, Səfər Əbiyevi ən çox tənqid edən şəxslərdən biri mən idim. Zakir Həsənovun idarəçiliyi dövründə nöqsanlar, korrupsiya və rüşvətxorluq daha çoxdur. Səfər Əbiyevin vaxtında da var idi bu danılmaz faktdır. Təsəvvür edin ki, 9 il həbs cəzası almış şəxs azadlığa çıxdıqdan sonra yenə əvvəlki vəzifəsinə təyinat alır. Bu hal içtimaiyyətdə işıqlandırılmasaydı o zaman həmin şəxs vəzifəsindən azad olunmayacaqdı. Ən əsası isə həmin şəxs yenə qeyri- qanunu işlərlə məşğul olacaqdı. Siz də bilirsiz ki, həmin şəxs Ermənistana qeyri- qanunu kerosin, yanacaq maddələri və s satırdı. Ona görə də bir mənalı şəkildə deyə bilərəm ki, aparılan kadr islahatlarından sonra orduda əsaslı dəyişikliyin şahidi olmamışam".
шаблоны для dle 11.2

Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024