Sosial (7-05-2015, 12:03)
Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxlanılıb
AzərbaycanDövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarıbu ilinaprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfəri saxlayıb. Bu barədə Mediatv.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Onların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan dörd cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3700 ABŞ dolları, 270000 RF rublu, 11000 AZN, 539000 İİR rialı, 21 baş iri buynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.
"Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir", -DSX-nin məlumatında bildirilib.
