Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-12-2014, 20:36)
Sərhədini pozduqları üçün 25 nəfər saxlanılıb

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Hafta.az-a verilən məlumata görə, saxlanılanlardan 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, 4 nəfəri Azərbaycan, 3 nəfəri Türkiyə, 3 nəfəri İran, hər ölkədən 1 nəfər olmaqla Rusiya və Moldova vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 18 nəfər, Xəzər dənizində 15 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 20 kiloqram 791 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təqribən 553 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 7 ədəd 16 mm-lik patron, 3 ədəd tapança, pnevmatik tapança üçün 1000 ədəd patron və 2 ədəd qaz balonu, 1 kq barıt, 44342 ədəd pirotexniki vasitə, 1,3 kq qızıl zinət əşyaları, 6092 qutu siqaret, 2 ədəd rezin qayıq, 264 ədəd mobil telefon, müxtəlif dərman preparatları və istehlak malları saxlanılıb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024