Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Dünən, 19:07)
"Tapançalı direktor"un məktəbində maskalı manyak – SƏS YAZISI

"Tapançalı direktor"un məktəbində maskalı manyak –  SƏS YAZISI

Bir müddət əvvəl tapançalı fotosu ilə diqqət mərkəzinə gələn Kəmalə Şıxlinskayanın direktoru olduğu 249 nömrəli məktəbdə bıçaqlı manyakın peyda olduğu deyilir.
Əldə etdiyimiz məlumata görə, bununla bağlı məktəb müəllimlərindən birinin səs yazısı da yayılıb.


Valideynlər qrupuna göndərilən səs yazısında müəllimə 5"C" sinfindən 5-ə yaxın şagirdin adını çəkir və onların maskalı manyakı gördüyünü etiraf edir. O, məsələnin araşdırmalı olduğunu bildirir.
Qeyd olunur ki, bu hadisədən sonra valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahat olublar və direktordan bu məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər. "Tapançalı direktor" isə nəinki tədbir görməyib, hadisəni ört-basdır edib. O, valideynlərə hədə-qorxu gəlməkdən də qalmayıb.
Məsələ ilə bağlı 249 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən bildirdilər ki, aprelin 24-də 249 nömrəli tam orta məktəbə naməlum şəxsin daxil olması barədə yayılan məlumat əsassızdır.
"Məsələ ilə bağlı şagirdlər və onların valideynləri ilə görüş keçirilib, maarifləndirici söhbətlər aparılıb.
Şagirdlər arasında yayılan əsassız məlumatları uyğun olmayan formada müzakirə edən, valideynlər arasında narahatlığın artırılmasına rəvac verən müəllimlə də söhbət aparılıb. Ona “Təhsilalanların etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib".
Ancaq bu açıqlamadan sonra yenə də bir sual açıq qalır: Övladlarının təhlükəsizliyindən narahat olan valideynlər, həmçinin məktəbin müəllimi həqiqətənmi belə ciddi bir mövzuda yalan məlumat yayıb? Yoxsa tez-tez sensassiyalarla gündəmə gələn məktəb direktoru məsələni ört-basdır etmək istəyir?
Bakupost.az
Hər halda valideynlər narahatdırlar. Məsələnin dəqiq araşdırılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə və ictimaiyyətə daha detallı məlumat verilməsinə ehtiyac var.
Mövzunu diqqətdə saxlayacağıq.
Aysel Məmmədli,(BakuPost)
шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
1 05 2025
1 05 2025
1 05 2025