Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (Bu gün, 13:21)
Mollayev işçilərin maaşlarını BANKA YATIRIB?

Mollayev işçilərin maaşlarını BANKA YATIRIB?
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 310.-da yazılıb ki, rəhbər işçilər, bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Lakin SOCAR AQŞ-nin rəhbəri cənab Samir Mollayev və bu qurumun benefisiar sahibi bu məsuliyyətləri daşımırlar. Niyəsi məlumdur..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi, "Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.

O narazı SOCAR AQŞ çalışanlarına istinadən fikrini daha sonra belə davam etdirir: "İşçi bildirir ki, iki aydır ki, (mart, aprel) SOCAR AQŞ hələ də onların əmək haqqısını ödəməyib. Bu halda qurum ARƏM Maddə 178. 1. əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir. İdarə və müəssisələrdə ölkənin əmək qanunvericiliyinin icrasına ictimai nəzarət edən(ARƏM 309)HT və dövlət nəzarəti edən(ARƏM 15) Dövlət Əmək Müfəttişliyi Xidməti isə susur.
SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85%
Qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə, eləcə də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək və ya sahədə qərarlar qəbul etmək aşağıdakı qurumlar tərəfindən həyata keçirilir;
- Səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Baş Prokurorluğu
- Dövlət Əmək Müfəttişliyi Xidməti
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.."

"DİA-AZ" bildirir ki, bəzi qaynaqlar SOCAR AQŞ-nin rəhbərliyi ilə bağlı ilginc iddialar səsləndirməkdədirlər. İddia olunur ki, əslində quruma aid əməkhaqqı fondunun bütün vəsaiti neçə müddətdir ki, banklara yatırılaraq oradan məmurlar tərəfindən qazanc əldə edilir. Bunun həqiqət olub-olmadığını müəyyən etmək isə təbii ki, səlahiyyətli qurumlara aid olan bir məsələ - bir vəzifə borcudur...

Məsələ diqqətimizdədir.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025