Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 17:50)
“Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi

 
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.
Teleqraf xəbər verir ki, Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb
fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.
Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, “Aristokrat” Tibb Mərkəzi 6000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılmışdı.шаблоны для dle 11.2

Xəbər lenti
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
8 02 2026
7 02 2026